Düyü idxalında azalma olub
Bakı, 1 iyun, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında 20 min ton düyü idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən düyünün dəyəri 15,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında dəyəri 14,9 milyon dollar olmaqla 20,8 min ton düyü idxal edilib.