DYP dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb

Bakı, 19 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi(DYP) İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq yayıb.
Bu barədə AZƏRTAC-a İdarədən məlumat verilib.
Xəbərdarlıqda bildirilir ki, sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.
“Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”,- deyə məlumatda vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2025 [17:57]
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
- 20.06.2025 [17:54]
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib
- 20.06.2025 [17:32]
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- 20.06.2025 [17:21]
AQTA-da sahibkarların qəbulu keçiriləcək
- 20.06.2025 [17:14]
1 nömrəli Bakı Tibb Kollecində “Məzun günü” keçirilib
- 20.06.2025 [16:53]
® “Həkimlərimizi tanıyın!”
- 20.06.2025 [16:52]