Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbədiyaşar lider

Əbədiyaşar lider

Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında daim diqqəti Azərbaycanın müstəqillik tarixinə yönəldərək, bu fikri bəyan edir ki, möhkəm təmələ əsaslanan siyasət gələcəyin aydın mənzərəsini yaradır. Dövlətimizin başçısının müstəqilliyimizin yenidən bərpasının 20-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir”.

Bu fikirlər bir daha belə bir reallığın təsdiqidir ki, dövlət qurmaq, müstəqil, azad yaşamaq, gələcəyə böyük inamla irəliləmək heç də bütün xalqlara nəsib olmur. Hər bir dövlətin inkişafı, uğurları siyasi lider amili ilə sıx bağlı olur. Heydər Əliyev-Azərbaycan, eyni zamanda, Azərbaycan-Heydər Əliyev ifadələri əbəs yerə qeyd olunmur. Çünki istər Azərbaycanın tarixində, istərsə də xalqımızın yaddaşında ümummilli lider Heydər Əliyev müstəqil, azad, suveren dövlətin simvolu kimi qalıb və qalacaqdır. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Məhz bu fonda aparılan təhlillər bir daha bu fikrin reallığa söykəndiyini təsdiqləyir ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı hər zaman qeyd olunduğu kimi, bu gün də təkrarına böyük ehtiyac duyulan bu fikrin yaranmasına səbəb oldu - Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Təbii ki, bu fikirdə böyük məna, bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən bir hikmət var. Məhz ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Siyasi xəritədə nüfuzu, önəmi bütün dünyada etiraf edilən Azərbaycan adlı bir dövlət müstəqilliyini, varlığını bərpa etdi.

Demokratikləşmə dövlət siyasətinin

strateji prioritetinə çevrildi

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulmuşdur. 

Hüquqi, demokratik cəmiyyəti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü önə çəkən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də məhz müstəqil mətbuatın inkişafı idi. Ümummilli Lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.

Ulu öndər Heydər Əliyev ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün ciddi səylər göstərdi, dünya təcrübəsinin tətbiqinin vacibliyini bəyan etdi. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurasının Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində Seçki Məcəlləsinin qəbulu da buna əyani sübutdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini təmin edir. Bu fikir beynəlxalq ekspertlərin rəylərində də öz əksini tapır. Lakin siyasətində daim yeniliyə, müasirliyə önəm verən dövlətimiz Seçki Məcəlləsinə də zaman-zaman dəyişikliklər edərək, bu və ya digər yeniliklərin bu sənəddə öz əksini tapmasına səy göstərir.

Bütün bunlar Azərbaycanın demokratiya yolunda inamla irəlilədiyinin təsdiqidir.

“Əsrin müqaviləsi”: İqtisadi

tərəqqinin əsası

Ölkəmizə artan inamın göstəricisi kimi 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanmasını qeyd etmək kifayətdir. “Əsrin müqaviləsi” Azərbaycanın bugünkü iqtisadi inkişafının təməli oldu. Ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadənin vacibliyini bəyan edən ulu öndər Heydər Əliyev eyni zamanda dünya təcrübəsinə istinadla bu fikri də bildirirdi ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 

İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını təmin etdi. “Əsrin müqaviləsi” Azərbaycana investisiya axınını sürətləndirdi. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı günbəgün artdı və bu, imzalanan sazişlərdə aydın ifadəsini tapdı. Neftin Azərbaycan xalqının böyük sərvəti olduğunu bildirən ulu öndər Heydər Əliyev əldə olunan gəlirlərin səmərəli, düzgün istifadə edilməsini təmin etmək məqsədilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasının zərurət olduğunu bildirdi. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını təmin edir.

Azərbaycan bütün dünya azərbaycanlılarının

tarixi Vətənidir!

Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”.

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi ulu öndər Heydər Əliyevi daim düşündürən məsələ olmuşdur. Qeyd edək ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən sessiyasında qəbul olunmuşdur.

Dahi rəhbər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq konsepsiyası, bütün türk dünyasının birliyi ideyası, Azərbaycan dili və ədəbiyyatı, milli mənəvi, dini dəyərlərimiz, hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. bu kimi məsələlər göz önünə gəlir.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmrəyliyi yüksək səviyyədədir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin daha da qüdrətlənməsinə öz töhfəsini verməyə çalışır.

Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev

Fondunun xidmətləri böyükdür

Ümummilli Liderin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Mehriban xanım Əliyeva dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini belə dəyərləndirir: “Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir hissəsini, mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısı idi. Söhbət XX əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu, unudulmaz Prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir”. 

Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasına dünyada dəstək verənlərin sayı artmaqdadır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının müxtəlif ölkələrdə təşkil olunan təqdimat mərasimləri Azərbaycanın iqtisadi, siyasi və diplomatik uğurlarının göstəricisidir. Fondun xətti ilə keçirilən müxtəlif beynəlxalq konfranslarda dünya gənclərini, qadınlarını düşündürən problemlərin müzakirəsində iştirak edənlər Azərbaycanın uğurlarına heyran olduqlarını bildirirlər.

Azərbaycanın uğurlu inkişafında Yeni 

Azərbaycan Partiyasının rolu

“YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”. Ulu öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz siyasi xəttinə sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. 

Dövlətimizin başçısı İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikri bir daha xatırlatmaqla Yeni Azərbaycan Partiyasının yaradılmasının məqsəd və məramına aydın işıq salmış olarıq: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir”.

Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə bu inam və etimadı doğrultmağa çalışmış və ölkəmizin uğurlarına töhfəsi ilə qürur duymuş, gələcəyə daha böyük vəzifələrlə irəliləmişdir. Sıralarında 640 mindən artıq üzvü birləşdirən partiyanın cəmiyyətdə artan nüfuzu ölkədə keçirilən seçki proseslərində qələbəsini də şərtləndirir.

2003-cü ildən bu günə qədər Azərbaycanda gedən

uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir

“Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin söylədiyi bu fikirlər dövlətimizin başçısının 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi “Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” fikrinin davamı olmaqla yanaşı, verilən vədin konkret əməli işdə təsdiqini tapması üçün göstərilən səylərin aydın ifadəsidir. Həmin andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə böyük inamını ifadə edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, qarşıya qoyulan vəzifələri həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. “Bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”. 

Prezident İlham Əliyevin hər bir vədini konkret əməli işdə təsdiq etməsi onun 2008 və 2013-cü il prezident seçkilərində növbəti qələbələrini təmin etmişdir.

“Bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma biz bu çağırışlara hazırıq”. Dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikir ulu öndər Heydər Əliyev siyasətinin bu gün uğurla davam etdirilməsinə əsaslanır. Dövlətimizin başçısının bildirdiyi kimi, dahi şəxsiyyətin qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur. O dövlət ki, onunla hesablaşırlar, məsləhətləşirlər. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də ölkəmizin artan nüfuzunun, çəkisinin təsdiqidir.

Andiçmə mərasimində dövlətimizin başçısı İlham Əliyev ölkəmizin son on ildə qazandığı uğurları bir daha diqqətə çatdıraraq bildirmişdir ki, bugünkü reallıqlar Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına qazanılıb. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin həyata keçirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməklə yanaşı, maliyyə imkanlarını da genişləndirdi. Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Regional əhəmiyyətli bu layihə həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. “Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin artması neft strategiyasının uğurlu icrasının nəticəsidir.

Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir. Bu uğurlar sözsüz ki, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var.

Gələcəyə nikbinliklə baxmaq üçün

kifayət qədər amil vardır

Uğurların davamlılığını təmin etmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə təqdir olunur. Bu sənəd davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Azərbaycanı yaxın on ildə inkişaf etmiş ölkələr sırasında görmək istəyi təbii ki, bugünkü reallıqlara əsaslanır. 

Ulu öndər Heydər Əliyev siyasətinin müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq. Yeni-yeni hədəflər bu inamın, əminliyin təsdiqidir.

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru,

YAP Siyasi Şurasının üzvü,

Əməkdar Jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir