“Ədəbi düşüncələr” kitabı nəşr olunub
Bakı, 21 may, AZƏRTAC
Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycanın Xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Bir daha “Ədəbi düşüncələr” haqqında”, “Ədəbi düşüncələr” necə yarandı”, “Bəzən istedad gözə görünməz olur”, “Ədəbi düşüncələr”də haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər”, “Qeydlər” adlı bölümlərdən ibarət kitabda müəllif ədəbiyyat, mədəniyyət, sənət haqqında düşüncələrini bölüşür, Azərbaycanda və dünyada baş verən ədəbi-mədəni prosesləri, yazıçıların, şairlərin həyat və yaradıcılığını dərindən təhlil edir.
Kitabın redaktoru Yaşar Əliyevdir. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]