Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 26-da Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı sentyabrın 25-dək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə görüşün keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]