Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb VİDEO
Bakı, 1 may, AZƏRTAC
NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyasında 94 hərbi qulluqçu, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit iştirak edir.