ƏHALİNİN TƏLƏBATI DAXİLİ İSTEHSAL HESABINA ÖDƏNİLƏCƏKDİR
Bakı, 4 iyul (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda on gündən çoxdur ki, taxıl biçini mövsümü başlanmışdır. Arpa biçini bəzi rayonlarında yekunlaşsa da dağlıq və dağətəyi rayonlarda hələ davam edir. Aran bölgəsində isə artıq buğda zəmiləri biçilir.
Ümumilikdə cari ildə 1 milyon 52 min hektar biçiləcək sahə vardır. Bunun da təqribən 807 min hektarını buğda zəmiləri təşkil edir. Mövsüm ərzində zəmilərdən 2,2 milyon tona yaxın ərzaq buğdası tədarük olunacaqdır. 2008-ci illə müqayisədə buğda əkini sahəsi 209 min hektar artmışdır.
Proqnozlara əsasən, taxıl istehsalı 2 milyon 960 min ton təşkil edəcəkdir. Ötən illə müqayisədə cari mövsümdə taxılın 462 min ton çox olması gözlənilir. Bu da əhalinin tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]