Əhməd Cavad haqqında film çəkilib
Bakı, 19 yanvar, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, AzTV-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.
Filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.
Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:39]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:33]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [18:30]
Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir
- 14.10.2026 [18:16]
Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ
- 14.10.2026 [17:31]