SİYASƏT
Ekoaksiya: BQXK-yə məxsus avtomobillər Xankəndiyə qayıdıb VİDEO
Şuşa, 25 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda dinc aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçməklə Laçın istiqamətinə gedən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geri qayıdıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-yə aid beş avtomobil bu dəqiqələrdə Xankəndiyə keçib.
Ekofəallar həmişəki kimi, bu gün də ərazidən humanitar məqsədlər üçün istifadəyə mütəmadi şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 76 gündür davam edir.