SİYASƏT
Ekoaksiya: Sülhməramlıların daha iki avtomobili ərazidən sərbəst keçib
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu gün də Rusiya sülhməramlılarına aid minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir yük avtomobili Laçına, bir minik avtomobili isə əks tərəfə maneəsiz keçib.
Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 60 avtomobilin keçidi təmin olunub.