Ekoaksiya: Sülhməramlıların daha üç avtomobilinin sərbəst keçidi təmin olunub
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir yük, bir minik və bir zirehli avtomobilin Laçından Xankəndiyə keçidi təmin edilib.
Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 63 avtomobilin keçidi təmin olunub.