Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Sizin dinamik, səmərəli və əzmkar rəhbərliyiniz sayəsində Azərbaycan bütün sahələrdə özünün çiçəklənmə dövrünü yaşayır. İqtisadiyyat nadir dərəcədə yüksək templərlə inkişaf edir, ölkənin bütün regionlarında yüz minlərlə iş yerləri açılır.

Uğurla inkişaf etmiş digər xalqların yaxın tarixində bu cür proseslər ətraf mühitə təsirin kəskinləşməsi ilə müşayiət olunmuşdur. Azərbaycanda isə yaşadığımız proseslərin daha nadir bir cəhəti ondan ibarətdir ki, bu çox yüksək inkişaf dövrü, həm də uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin əsaslı surətdə həlli dövrünə çevrilməkdədir.

Bu baxımdan 2006-cı ilin sonu və 2007-ci il bütövlükdə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması sahəsində bilavasitə Sizin rəhbərliyiniz və ciddi nəzarətiniz altında irimiqyaslı layihələrin həyata keçirilməsi ilə səciyyələnir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin gələcəyə yönəlmiş ideyalarının Sizin rəhbərliyiniz altında, cənab Prezident, bar verən dövründə yaşamaqdayıq.

2006-cı il iyul ayının 3-də Sizin yanınızda keçirilən, respublikanın ekoloji durumuna həsr olunmuş müşavirədə ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritetləri müəyyən etmiş, əməli, konkret tədbirlərin həyata keçirilməsi üçün tapşırıqlar vermişdiniz.

Bu tapşırıqlar əsasında hazırlanmış "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı həmin ilin sentyabr ayında, cənab Prezident, təsdiq etdiniz və bu proqram xarakterli Plana əsasən mövcud problemlərin, xüsusilə Bakı şəhərində və Abşeron yarımadasında ətraf mühitin sağlamlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Plana əsasən tapşırıq almış təşkilatlar tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bütün istiqamətlərdə ardıcıl intensiv iş aparılır.

Xəzər dənizinin sahil sularının çirklənmədən qorunması məqsədi ilə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq Sizin tərəfinizdən, cənab Prezident, 2007-ci il iyunun 20-də "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncam imzalanmış və həmin Sərəncama əsasən bütövlükdə 4,2 milyon manat vəsait ayrıldı. Bu vəsait hesabına dəniz sularının sahildən çirklənməsinin qarşısını almaq üçün hazırda modul tipli, çox müasir təmizləyici qurğular şəbəkəsindən ibarət lokal sistem yaradılır.

Cənab Prezident. Sərəncamın imzalanmasından 3 ay keçir və Sizə məruzə edirəm ki, həmin sistemin ilk mərhələsi Abşeron yarımadasının şimal sahillərini əhatə edir və burada - Şüvəlan, Mərdəkan, Bilgəh sahillərində artıq 4 stansiya quraşdırılmışdır və sınaq rejimində işlədilir.

İlin axırına qədər Bilgəh-Pirşağı zonasında və Pirallahı adasında bu tipli daha bir neçə stansiya işə düşəcəkdir.

"Azərsu" Səhmdar Cəmiyyətinin istismarında olan Buzovna və Şüvəlan təmizləyici qurğularının, Pirallahı adasında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təmiri aparılan təmizləyici qurğunun və Pirşağıda Müdafiə Nazirliyi tərəfindən bərpası aparılan təmizləyici qurğunun normal işi təmin edildikdən sonra Pirşağıdan Pirallahıya qədər sahil ərazilərində dənizə bu və ya digər formada düşən çirkab suların miqdarı sıfra enəcək və bu da həm dəniz biomühitinin sağlamlaşmasına, həm də bu sahədə yerləşən rekreasiya obyektlərinin təhlükəsiz fəaliyyət göstərməsinə şərait yaradacaqdır.

Ümumiyyətlə, Azərbaycan Respublikası ekoloji cəhətdən təkcə keçmişdə yaranan problemlərin həlli ilə yox, həm də qonşu ölkələrdə əmələ gələn və bizə təsiri olan problemlərin qarşısını almaq üçün də təsirli tədbirlər görür.

Məlum olduğu kimi, Azərbaycanın içməli su ehtiyatlarının 70 faizindən çoxu ölkənin xaricində formalaşır və bu, əsasən Kür və Araz çaylarından ibarətdir ki, onların da suları ölkəyə həddindən artıq çirklənmiş şəkildə daxil olur.

Bu gün və gələcəkdə belə amillərdən asılı olmamaq üçün, cənab Prezident, Sizin Sərəncamınızla bu ilin dekabrına qədər həmin su mənbələrindən bilavasitə istifadə etmək məcburiyyətində qalan 50 kənd də qabaqcıl ölkələrin ən müasir avadanlıqları əsasında Türkiyədə quraşdırılmış modul tipli hazır sutəmizləyici qurğularla təmin olunmaqdadır ki, bu da həmin kəndlərdə yaşayan 40 minə qədər əhalini Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təchiz etməyə imkan verəcəkdir. Bu layihənin həyata keçirilməsinə Sizin göstərişinizlə ehtiyat fondundan 3 milyon manat vəsait ayrılmışdır. Gələn il üçün də növbəti 50 kənddə belə qurğuları quraşdırmaq üçün tapşırığınıza əsasən konkret layihə hazırlanmışdır. Hazırda yerdə qalan bütün yaşayış məntəqələrində vəziyyətin sağlamlaşdırılması üçün müvafiq axtarış-layihə işləri aparılır. Bütün bu işlərin - Oğuz-Qəbələ nəhəng su təchizatı layihəsinin, iri şəhərlərimizdə su təchizatı sistemlərinin yenidən qurulmasının həyata keçirilməsi ölkə əhalisinin böyük hissəsinin içməli suya olan tələbatının 2009-cu ilədək ödənilməsinə imkan verəcəkdir.

İcazənizlə məruzə edirəm ki, bu layihənin icrası ilə əlaqədar 6 kənddə qurğular artıq quraşdırılmış, həmin kəndlərdə 41 bulağın inşası başa çatdırılır və 10-12 gündən sonra istifadəyə veriləcəkdir. Bütün qalan 44 kənddə quraşdırılacaq qurğuların beton özülləri tikilmiş, bölüşdürücü şəbəkə qurulmuşdur. İlin axırına qədər 401 bulağın və 46 təmizləyici qurğunun quraşdırılması sona çatdırılacaqdır. "Təxirəsalınmaz Ekoloji Tədbirlər Planı"na əsasən verdiyiniz tapşırıqlara uyğun olaraq Heydər Əliyev adına Beynəlxalq hava limanının ətrafının ekoloji sağlamlaşdırılması məqsədi ilə kompleks tədqiqat işlərinin aparılması, "Ekoloji Bərpa Layihəsi"nin hazırlanması və həyata keçirilməsi tapşırığı da hazırda ardıcıllıqla yerinə yetirilir.

Ərazidə tədqiqat işlərinin aparılması demək olar ki, başa çatdırılıb və konkret layihələr və smeta sənədləri növbəti ildə maliyyələşdirilmək və həyata keçirilmək üçün yaxın 1-2 ay ərzində təqdim olunacaqdır.

Keçmişdən miras qalan ekoloji problemlərin həlli üçün Sizin tapşırığınıza əsasən, cənab Prezident, Abşeron yarımadasının şimal-qərbində - Sumqayıt ərazisində konkret işlər görülür və layihələr icra olunur. Əvvəlki illərdə icrasına başlanılmış, keçmişdən miras qalmış təhlükəli tullantıların yığışdırılması və lazımi qaydada saxlanılması işi davam etdirilir. Verdiyiniz tapşırığa uyğun olaraq, əvvəl daşınmış 40 min tona əlavə olaraq bu ilin sonunadək daha 30 min ton civə tullantıları Sumqayıt səthi aktiv maddələr zavodunun ərazisindən xüsusi təhlükəsizlik tədbirləri görülərək daşınacaq və Sumqayıtın 11 kilometrliyində quraşdırılmış ən müasir təhlükəli tullantılar poliqonunda xüsusi örtük altında basdırılıb saxlanılacaqdır.

Nəzərə alsaq ki, bu ərazilərdə irimiqyaslı tullantı sularının təmizləyici qurğularının bərpası, bərk məişət tullantılarının saxlanılması poliqonunun daha yaxşı idarə olunması təmin edilir və başqa sağlamlaşdırıcı tədbirlər görülür. Bu baxımdan bəzi xarici qeyri-hökumət təşkilatlarının reytinq cədvəllərində Sumqayıtın adının hallandırılması əvvəlcədən şübhə doğururdu. Buna görə, nazirlik təhlil aparmış və müəyyən etmişdir ki, bu cür reytinq cədvəlinin əsasını təşkil edən rəqəmlər 1988-ci ilə aiddir. Hesabatın mətni isə vergülü belə dəyişdirilmədən, "Azərbaycan İnternational" jurnalının 1994-cü ildə çıxan nömrəsində 1988-ci ilə aid dövrü əhatə edən məqaləsinin mətninin təkrarıdır. Bununla bağlı nazirlik öz mövqeyini artıq yazılı surətdə həmin təşkilata bildirmişdir.

Özləri üçün ianə toplamaq və yaxud kimlərinsə sifarişi ilə ekoloji mövzudan hansısa məqsədlər üçün istifadə etmək kimi belə cəhdlərə baxmayaraq, cənab Prezident, Sizin Azərbaycanın hərtərəfli inkişafına və həyatımızın bütün sahələrinin tərəqqisinə yönələn, müasir cəmiyyət və dövlət quruculuğu prinsiplərinə söykənən fəaliyyətiniz və rəhbərliyiniz altında kompleks ekoloji tədbirlərin həyata keçirilməsi qısa zamanda bütün Azərbaycanın, ilk növbədə Abşeron yarımadasının, o cümlədən Sumqayıtın hərtərəfli və ekoloji cəhətdən sağlam və cəlbedici yaşayış yerinə çevrilməsinə imkan verəcəkdir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov yaşıllıqların genişləndirilməsi, meşələrin qırılmasının qarşısının alınması, Heydər Əliyev Fondunun xətti ilə reallaşdırılan “Hərəmiz bir ağac əkək” kampaniyası çərçivəsində həyata keçirilən işlər və digər məsələlər barədə geniş məlumat verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar