Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftəsonu səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb
Bakı, 18 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30°, dağlıq rayonlarda isə 17-22° isti təşkil edəcək.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32° isti təşkil edəcək.
Aran rayonlarında temperatur 33°-dək yüksələcək və hava günəşli olacaq.
Naxçıvan Muxtar Respublikasında mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33° isti təşkil edəcək.
Paytaxt Bakıda isə yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal hərarəti 26-31° isti təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]