ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA
Hörmətli cənab Prezident,
Milli bayramınız - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Əlcəzair münasibətlərinin hərtərəfli inkişafı, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 oktyabr 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 12.10.2026 [16:46]