Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əmirbəyov: Ermənistan sülh yaradılması prosesinə mane olur VİDEO

Elçin Əmirbəyov: Ermənistan sülh yaradılması prosesinə mane olur  VİDEO

Roma, 13 aprel, AZƏRTAC

Ermənistana İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasəti yürüdür və məhz bu, sülh yaradılması prosesinə mane olur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Avropada nüfuzlu elektron KİV-lərdən sayılan fransızdilli “i24NEWS” telekanalına müsahibəsində deyib.

Elçin Əmirbəyov telekanalın əməkdaşı Kristian Malardın ölkəmizlə, dünyada və regionda gedən proseslərlə bağlı suallarını cavablandırıb. Fransada yəhudi icmasına yaxınlığı ilə tanınan jurnalist müasir çağırışlar və dünyanın super güclərinin maraqlarının toqquşduğu bir şəraitdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin nədən ibarət olması ilə maraqlanıb.

Birinci vitse-prezidentin köməkçisi E.Əmirbəyov bildirib ki, 1991-ci ilin oktyabrında istiqlaliyyəti qazandıqdan sonra Azərbaycan regionun siyasi xəritəsində öz yerini tapmağa çalışıb və sözsüz ki, bu yol asan olmayıb. “Əsas hədəfimiz müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirmək olub. Müstəqilliyimizin bərpasından qısa müddət sonra biz qonşumuz Ermənistanın hərbi təcavüzünə məruz qalmışıq və beynəlxalq aləm tərəfindən tanınmış qanuni ərazilərimizin 20 faizi uzun müddət Ermənistanın işğalı altında qalıb. Bunlar Qarabağın Dağlıq hissəsi ilə yanaşı, ətrafda olan yeddi rayonumuzu da əhatə edirdi. Bütün bu ərazilərdə Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalıb, yaşayış məntəqələrimiz isə dağıdılıb. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. İndi regionda sülh yaradaraq və onu möhkəmləndirərək, Ermənistanla münaqişə səhifəsini çevirmək istəyirik. Həmçinin istəyirik ki, işğalda olmuş və azad etdiyimiz əraziləri də tezliklə bərpa edək”, - deyə E.Əmirbəyov vurğulayıb.

Səfir, həmçinin jurnalistin indiki şəraitdə sülh yaradılması imkanları haqqında sualını da cavablandıraraq deyib ki, ümid hər zaman var. Ancaq bu, hər iki tərəfin istəyindən və iradəsindən asılıdır. Azərbaycan isə həmişə bu məsələdə müxtəlif səviyyələrdə öz xoşniyyətli mövqeyini ortalığa qoyub. Məsələn, biz Ermənistana ikinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasətini yürüdür və bu da sülh yaradılması prosesinə mane olur. Amma biz yenə də ümidliyik. Çünki sülhün alternativi yoxdur.

Jurnalist Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə maraqlanıb və Ermənistanın onların Azərbaycan tərəfdən sərbəst hərəkətlərinə ciddi maneə yaratdığı iddialarının olduğunu xatırladıb. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi bu iddiaların reallığı əks etdirmədiyini bildirərək deyib: “Orada yaşayan Azərbaycan vətəndaşları olan ermənilər heç bir blokadaya alınmayıb. Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalinin məskunlaşdığı Qarabağ bölgəsinə onların hərəkətini heç vaxt məhdudlaşdırmayıb və bu şəffaf şəkildə görünən bir faktdır. Bunu yoxlamaq da olar. Heç bir blokada yoxdur. Bizim QHT-lərin aksiyaları başlayandan bəri humanitar məqsədlər üçün minlərlə nəqliyyat vasitəsi həmin yoldan müxtəlif istiqamətlərdə hərəkət edib. Oradan həm Qırmızı Xaç, həm də rus sülhməramlılarının nəqliyyat vasitələri hər gün sərbəst hərəkət edirlər. Ona görə də heç bir blokadadan söhbət belə gedə bilməz. Amma o da məlumdur və bilinməlidir ki, bu yola nəzarət etmək bizim dövlətimizin suveren hüququdur”.

Yəhudi əsilli fransız jurnalist əlbəttə ki, Fransanın, onun hazırki prezidenti, Ukrayna-Rusiya münaqişəsində, həmçinin Yaxın Şərqdə fəallığı ilə seçilən Makronun və o cümlədən də Minsk qrupunun vasitəçilik səyləri, 2020-ci ildə Minsk qrupunun fəaliyyətinin faktiki uğursuzluğa düçar olmasının səbəbləri və ümumiyyətlə, vasitəçilik perspektivləri barədə də suallar verib. Bu sualı cavablandıran E.Əmirbəyov vurğulayıb ki, münaqişə başlayandan bəri çoxsaylı şəxslər, ölkələr vasitəçilik təklifləri ilə çıxış ediblər, bu məsələdə səylər göstəriblər: “Bu gündən danışırıqsa, deyə bilərəm ki, Minsk qrupu artıq keçmişdə qalıb. Ermənistanla hazırda Avropa İttifaqının vasitəçiliyi ilə birbaşa danışıqlar aparırıq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu məsələdə fəal və əhəmiyyətli rol oynayır. Fransa isə Avropa İttifaqının fəal üzvü kimi ittifaqın bu vasitəçilik səylərini daha da asanlaşdırmaq üçün onu dəstəkləyə və ona bu məsələdə kömək edə bilər”.

Telekanalın aparıcısı Ukrayna ilə müharibə edən Rusiyanın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsi ilə bağlı sual verib. Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə, xüsusilə də Ukrayna müharibəsinin fonunda oynaya biləcəyi vasitəçiliklə əlaqədar gözləntiləri soruşub. Azərbaycanın rəsmi təmsilçisi bildirib ki, məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sənəd imzalanıb.

“Bilirsiniz ki, bu müharibə də məhz Ermənistanın təxribatları nəticəsində başlamışdı. Həmin torpaqlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisidir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçtərəfli Bəyanata imza atan üç liderdən biridir. Məhz bu sənəd Azərbaycan və Ermənistan arasında gedən müharibəyə son qoyub. Rusiyanın da vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması üçün qalan razılaşdırılmamış məsələlər üzrə Ermənistanla danışıqlar aparırıq ki, diplomatik və sülh yolu ilə bu prosesi yekunlaşdıraq”, - deyə E.Əmirbəyov qeyd edib.

Jurnalist Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə yaxşı əlaqələrə malik olduğunu vurğulayıb. Səfir E.Əmirbəyov deyib ki, Azərbaycan Rusiya ilə yaxşı qonşuluq münasibətlərinə malikdir. Rusiya ilə tarixi, iqtisadi, mədəni, humanitar bağlarımız var. Həmçinin hərbi sahədə də regionda əməkdaşlığımız mövcuddur.

“Rusiya təbii qazından asılılığı aradan qaldırmaq üçün Avropa səylər göstərir. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın müstəsna əhəmiyyətini qeyd etmişdi. Amma belə olan vəziyyətdə Avropa ilə düşmənçilik edən Rusiyadan da ciddi təhdid və qorxu olması faktı da ortadadır”, - deyə fikirlər səsləndirən jurnalist Azərbaycanın mövqeyinin bu mənada necə olduğunu soruşub.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ciddi rol oynamağa başlayıb. Bununla yanaşı, 2006-cı ildə Azərbaycanı Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri də istifadəyə verilib. İndi isə Avropanın təbii qazla təmin olunması üçün ölkəmiz əhəmiyyətli rol oynamağa başlayıb. Xüsusilə də Avropanın cənub şərqində yerləşən dövlətlər Azərbaycanın təbii qazını almağa böyük maraq göstərirlər. Bu, eyni zamanda, Avropanın bir mənbədən asılılığını azaldır.

“Bilirsiniz ki, ötən il Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana gələrək ölkəmizlə strateji əhəmiyyətə malik memorandum da imzalayıb. Beləliklə, biz 2027-ci ildən başlayaraq Avropaya qaz ixracını daha da artıracağıq. Bu heç də Rusiya əleyhinə deyil. Bunlar bizim Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığımızı ehtiva edən sənədlərdir”, - deyə səfir xatırladıb.

Jurnalistin Vladimir Putinin Qafqaz siyasəti ilə bağlı sualını da cavablandıran E.Əmirbəyov deyib ki, Azərbaycan üçün Vladimir Putin qonşu ölkənin prezidentidir. Bu ölkə ilə bizim praqmatik, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Biz ümumiyyətlə, hamı ilə yaxşı əlaqələr qurmaqda maraqlıyıq.

“Sizin daha bir qonşunuz cənubda yerləşir. Bu ölkə Orta Şərq və Qərb üçün təhdidlər yaradan İrandır. İran nüvə silahına malik olmaq istəyir. Onun Rusiya, Çin və Şimali Koreya ilə sıx münasibətləri var. Siz belə qonşudan çəkinirmisiniz?”, - deyə aparıcı soruşub.

E.Əmirbəyov deyib ki, Azərbaycan İranla münasibətlərin qonşuluq prinsipi əsasında qurulmasına çalışıb. Bu həm də tarixi bağlardan irəli gələn bir məsələdir.

“Bilirsiniz ki, İran çoxmillətli ölkədir. Orada 30 milyona yaxın azərbaycanlı yaşayır. Biz həm də məhz bu səbəbdən İranla qonşu kimi qarşılıqlı hörmətə əsaslanan münasibətlərin olmasını arzulayırıq. Qəbul etmədiyimiz məqamlar mövcuddur. Amma bizim bu ölkə ilə 700 kilometrə yaxın ümumi sərhədimiz var. Biz İkinci Qarabağ müharibəsindən sonra yeni regional əməkdaşlıq sistemini təklif etmişdik. İran da bu təşəbbüsün bir hissəsi olmağa dəvət edilmişdi”, - deyə səfir vurğulayıb.

Öz xalqını əzən bir İran rejimi ilə münasibətlərin necə ola biləcəyi sualını isə E.Əmirbəyov belə cavablandırıb: “Beynəlxalq məsələlərə münasibətdə hər ölkənin öz siyasəti var və bu normaldır. Həm də hər bir ölkə özü seçir ki, hansı sistemə və yanaşmaya malikdir. Ancaq əsas olan odur ki, təmkinli və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdülsün. Bu, regionun sabitliyi üçün vacib olan amildir. Diplomatlar da məhz bunun üçün var. Mədəni, iqtisadi və digər istiqamətlərdə əməkdaşlıq etmək üçün imkanlar hər zaman mövcuddur. Azərbaycan ölkələrin daxili işlərinə müdaxilənin tərəfdarı olmayıb. Xarici siyasətimizdə isə biz hər zaman öz balanslaşdırılmış mövqeyimizə sadiq qalmışıq”.

Telekanalın aparıcısı İranın Çinlə yaxşı əlaqələrinin olduğunu və son zamanlar Çinin vasitəçiliyi sayəsində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmağa başladığını xatırladıb. Bu istiqamətdə gedən proseslərə Azərbaycan təmsilçisinin münasibətini öyrənmək üçün sual ünvanlayıb. Səfir bildirib ki, Azərbaycanın Çinlə yüksək səviyyəli münasibətləri var. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub: “Bizim çox yüksək səviyyəli siyasi dialoqumuz var. Çox yaxşı və dinamik inkişaf edən iqtisadi əlaqələrimiz mövcuddur. İldən-ilə də inkişaf edir. Bu yaxşı xəbərdir ki, Çin İran və Səudiyyə Ərəbistanın münasibətlərinin normallaşmasına töhfələr verir. Biz bunu qiymətləndiririk. Çin bizim bölgəmizlə də yaxşı münasibətlərə malik olmaq istəyir. Xəritəyə baxsanız, bizim ölkəmizin daha bir vacib əhəmiyyətini görə bilərsiniz. Biz şimal və cənubdan sanksiyalar altında olan ölkələrlə həmsərhədik. Biz orta dəhlizin keçdiyi Xəzər coğrafiyasında yerləşirik. Bizim Rusiya üçün bir Cənubi Qafqaz ölkəsi olaraq bu mənada da əhəmiyyətimiz böyükdür. Həmçinin Çin üçün də qarşılıqlı və faydalı işbirliyi baxımından Azərbaycan çox vacib dövlətdir. Ona görə də biz çalışırıq ki, bu mühüm ölkələrlə münasibətlərimizi inkişaf etdirək”.

Türkiyədə qarşıdan prezident və parlament seçkiləri gəlir. Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifədən getməsi və ya qalması durumunda Türkiyə ilə münasibətləriniz necə olacaq? Birinci vitse-prezidentin köməkçisi E.Əmirbəyov aparıcının bu sualına cavabında vurğulayıb ki, Türkiyə təkcə bizim qonşumuz deyil, bizim qardaş ölkəmizdir: “Bizim Türkiyə ilə hər zaman əla münasibətlərimiz olub. Bu gözəl münasibətlərimiz davam edir. Bu əlaqələr təkcə hökumətlərə bağlı olan münasibətlər deyil. Təbii ki, Türkiyə xalqı prezidenti seçəcək və biz bu seçimə hörmətlə yanaşacağıq. Bizim əlaqələrimiz ancaq dinamik səviyyədə inkişaf edəcək. Yeri gəlmişkən mən türkiyəli qardaşlarımıza zəlzələ nəticəsində baş vermiş böyük faciə ilə əlaqədar bir daha başsağlığı vermək istəyirəm. Bu böyük faciə on minlərlə insanın həlak olmasına səbəb oldu”.

Aparıcı Azərbaycanın İsraildə bu yaxınlarda səfirlik açdığını xatırladaraq ölkəmizin yəhudi dövləti ilə münasibətlərinə verdiyi önəm haqqında da sual ünvanlayıb. E.Əmirbəyov deyib ki, İsrail bizim üçün mühüm strateji partnyordur. İsrail Azərbaycanın dostudur. Səfirliyin açılması da ikitərəfli münasibətlərimizin əhəmiyyətini göstərən faktdır. İndi Azərbaycanın İsraildə diplomatik təmsilçisi olacaq. Bu da ikitərəfli münasibətlərin bir sıra sahələrdə inkişafına təkan verəcək. Bu əlaqələr qarşılıqlı inama və etibara əsaslanan strateji tərəfdaşlıq münasibətləridir ki, onlar qarşılıqlı maraq və hörmət əsasında qurulub.

“Azərbaycanın İsraildə səfirlik açması bir çoxlarında narahatlıq yaradıb. Bundan çəkinmirsiniz?” Bu suala isə E.Əmirbəyovun cavabı belə olub: “Azərbaycanın digərlərindən fərqi bundadır ki, bizim dövlətimiz öz maraqlarına uyğun xarici siyasət yürüdür. Bu, başqalarının istəyinə və arzusuna uyğun müəyyənləşdirilən xarici siyasət kursu deyil. Öz maraqlarımıza əsaslanan xarici siyasətdir. İsrail ilə əlaqələrimiz də həmçinin öz milli maraqlarımıza uyğun olaraq müəyyən etdiyimiz siyasətdir. Ona görə də biz bunu etmişik və etməkdə davam edəcəyik. Bununla paralel olaraq qeyd etmək istərdim ki, Azərbaycanda böyük yəhudi icması var və bu icma İsraildən kənarda mövcud olan, kompakt halda yaşayan ən böyük yəhudi icmasıdır. Bilirsiniz ki, Azərbaycandan çıxmış xeyli yəhudi bu gün İsraildə yaşayır. Onlar İsrailin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Bu faktor da ikitərəfli humanitar münasibətlərimizə müsbət təsir edir”.

Jurnalist 1945-ci ildən sonra ABŞ-ın dünyada dominant rola malik olduğunu, indi isə bu mənada Çinin və onun liderinin Birləşmiş Ştatların ciddi rəqibinə çevrildiyini bildirərək soruşub: “Sizcə, Çin öz istəyinə, yəni, hər şeyi öz nəzarətinə almaq istəyinə çatacaqmı?”. Bu suala cavab olaraq səfir E.Əmirbəyov bildirib ki, onilliklər keçəndən sonra dünyanın nəhəng güclərinin rəqabət imkanları da şaxələnib. Bu neqativ hal kimi qiymətləndirilə bilər. Hətta belə olan halda beynəlxalq münasibətlər sistemində oyun qaydalarına münasibət və yanaşma daha diqqətli olmalıdır: “Oyun qaydaları dedikdə mən onu nəzərdə tuturam ki, beynəlxalq hüquqa hörmətlə yanaşılmalıdır. Liderlərin istək və arzuları deyil, qanunun hakimliyi üstün olmalıdır. Xüsusi ilə də BMT bu məsələdə beynəlxalq hüququn prinsipləri əsasında addımlar atmalıdır. BMT üzvləri də təşkilatın nizamnaməsinə uyğun davranmalıdır. O cümlədən bizim regionumuzda da! Məsələn, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana hücum edən zaman beynəlxalq hüquq faktiki olaraq heçə sayıldı. Məhz bundan sonra dünyanın bir sıra bölgələrində böyük faciələr yaşandı. Bu münaqişə təhrikedici rol oynadı. Biz ümid edirik ki, böyük-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər beynəlxalq hüquqa və onun qaydalarına hörmətlə yanaşacaqlar”.

Aparıcının “Vladimir Putin və Si Cinpinin münasibətlərinin möhkəmlənməsi bir mənada qərbə verilən mesajdır ki, biz sizinlə hesablaşmayacağıq” replikasına cavab olaraq fövqəladə və səlahiyyətli səfir E.Əmirbəyov deyib ki, hər bir ölkə kiminlə sıx və ya az yaxın münasibət qurmaqda sərbəstdir, öz seçimidir, o cümlədən səfərlər də belə başa düşülməlidir. Düşünürəm ki, insanlar bəzən bu səfərlərə daha çox gümanları üzərindən yanaşırlar və təhlil aparırlar. Çin-Rusiya münasibətləri isə sabitlik və təhlükəsizlik, həmçinin beynəlxalq münasibətlərdə proqnozlaşıdırılma baxımından önəm daşıyır.

Jurnalist “dünyada bu qədər münaqişə və qarşıdurmanın olması şəraitində dünyanın gələcəyini necə görürsünüz?” sualını da verib. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vurğulayıb: “Mən peşəkar diplomat olaraq nikbin olmalıyam. Bütün bu çətinliklərə rəğmən ümidlərimizi itirməməliyik. Düşünürəm ki, insanlar daha çox qərarlı olacaqlar ki, qarşılıqlı hörmət prinsipləri qorunsun. Düşünürəm ki, ölkələr də öz addımlarında bu prinsipə hörmətlə yanaşacaqlar. Siz mənim cavablarımdan və hərəkətlərimdən də gördünüz ki, mənim ölkəm bu prinsiplərə və beynəlxalq hüquqa necə xüsusi önəm verir”.

Müsahibənin sonunda jurnalist Kristian Malard Azərbaycanın səsini çatdırdığına görə E.Əmirbəyova təşəkkür edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Elçin Əmirbəyov: Ermənistan sülh yaradılması prosesinə mane olur  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR