ƏLƏKBƏR MƏMMƏDOVUN ŞƏRƏFİNƏ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
Bakı, 10 mart (AZƏRTAC). Bakı Şəhər Gənclər İdman Baş İdarəsindən (BŞGİBİ) bildirmişlər ki, əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə 3-cü futbol turniri başa çatmışdır.
Qaradağ Təlim İdman Bazasında keçirilən turnirdə 2 qrup üzrə 8 komanda iştirak edirdi. “A” qrupunda “Dənizçi”, “Muğan”, “Neftçi-2”, “Suraxanı”, “B” qrupunda isə “Kürmük-96”, “Neftçi”, “MİL”, “Təhsil” komandaları yarışmışlar. Qeyd edək ki, adı çəkilən komandalar Azərbaycan Həvəskar Liqasında iştirak edən komandalardır.
Bu gün yarışın final mərhələsi keçirilmişdir. Finalda “Dənizçi” və “Neftçi-2” komandaları görüşmüşlər. Oyun 1:0 “Neftçi-2” komandasının xeyrinə başa çatmışdır.
Final oyunundan sonra turnirin bağlanış mərasimi keçirilmişdir. Bağlanış mərasimində Azərbaycan Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov və “Alman-Azərbaycan” cəmiyyətinin sədri Çingiz Abdullayev iştirak etmişlər. Qalib komandaya kubok, xatirə hədiyyələri və fəxri fərmanlar ilə təltif olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]