ELEKTRİK STANSİYASINDA NASAZLIQ ARADAN QALDIRILMIŞDIR
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mingəçevir SES-də baş vermiş nasazlıq aradan qaldırılmışdır. Transformatorun yağla işləyən elektrik açarı hələlik müəyyən edilməmiş səbəbdən alovlanmışdır. Qəzanın yayılmasının qarşısını almaq məqsədi ilə digər aqreqatların da işi dayandırılmışdır.
Yanğın söndürüldükdən sonra stansiyanın blokları mərhələ ilə işə salınmışdır. Stansiya, Mərkəzi Dispetçer İdarəsinin cədvəlinə uyğun olaraq, sabit rejimdə işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:34]
Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
- 01.10.2026 [14:57]
Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
- 01.10.2026 [14:36]