Elektron təhsillə bağlı tədqiqatlar davam etdirilir
Bakı, 4 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Big Data” analitikası və “Data Mining” problemləri üzrə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsasları tədqiq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev məlumat verib. O bildirib ki, bu istiqamətdə “Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi” mövzusunda araşdırmalar aparılır. Ötən 6 ayda “Təhsil 4.0” platformasında fasiləsiz təhsil üzrə fərdyönümlü təhsil mühitinin formalaşdırılması məsələsi, həmçinin biliklərin qiymətləndirilməsi metodları işlənilib. “Təhsil 4.0” platformasında bulud texnologiyasının əsasında elektron təhsilin formalaşdırılması problemləri təhlil olunur. Hazırda “Elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” mövzusunda tədqiqatlar davam etdirilir, elektron tədris modellərinin analizi məsələləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]