Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraqlar dayanır

Əli Həsənov: Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraqlar dayanır

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-in “Hesabat” proqramının aparıcısı Mir Şahin Ağayevə müsahibə verib. AZƏRTAC müsahibənin mətnini təqdim edir.

- Əli müəllim, son zamanlar Azərbaycanda sabitliyin ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına rast gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə, polis əməkdaşlarına hücumlar olur. Sanki, bu əməlləri törədən insanların 1991-1992-ci illərin qarışıq vaxtları yadından çıxıb? İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. Bütün bunlar nəyin nəticəsidir?

- Bilirsiniz, zaman keçdikcə, əlbəttə, nəsillər də dəyişir. Nəsillər dəyişdikcə keçmişin o çətin, ağır günləri, o qarmaqarışıq anarxiya, xaos dövrü də unudulur. Ona görə də bu sabitlik məsələsinə yeni nəslin münasibəti bəzən bizi təəssüfləndirir. Dediyiniz kimi, ayrı-ayrı fərdlər, ayrı-ayrı fərdlərin birləşdiyi kiçik qruplar, ayrı-ayrı beynəlxalq dairələrin antiazərbaycan qüvvələrinə bağlı insanlar və onların təmsil etdiyi kiçik təşkilatlar belə cəhdlər göstərirlər. Amma bu cəhdlər yalnız könül bulandırmağa yetir. Çünki dövlət, təkrar edirəm, çox güclüdür. Dövlət öz daxili həyatına, ictimai həyat normalarına nəzarət edə bilir, onların pozulmasının qarşısını ala bilir, qanunlarımız işləyir, hüquq mühafizə orqanları ayıq-sayıqdır. Belə bir şəraitdə düşünmürəm ki, onlar istədiklərinə nail ola bilərlər.

- Xüsusilə bu halların təhlükəliliyini nədə görürəm. Yəqin Siz də mənimlə razılaşarsınız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşma var. Məscidə od vururlar və yaxud haradasa bu istiqamətdə hansısa addımlar atılır. Mən düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılova amili əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır...

- Administrasiyadan bu məsələlər necə görünür: deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında dayanır, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə, bu, belə deyil. Azərbaycan vətəndaşı firavan, sabit, normal bir həyat yaşamağa meyillidir. Bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşahidə edirik. Azərbaycanda mövcud dini cərəyanlar da, - bilirsiniz ki, Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər, - bunların içərisində həm adını çəkdiyiniz vəhhabilər də var, bunların içərisində deyək, dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətinin sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə, Azərbaycan dövlətinin sabitliyində maraqlı olan qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycan ilə sabit əlaqələrində maraqlı olan üzvləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olmayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və s. Təkrar edirəm, bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına, davranışlarına uyğun hadisələr deyil.

- Əli müəllim, bir sual da yaranır. Sizin dediklərinizdən çıxış edərək demək istəyirəm: son zamanlar fikir verirəm, rəsmi informasiya vasitələrində, xüsusilə Azərbaycanın Qərblə münasibətlərində elə bil ki, tonallıq dəyişir. Yəni, biz əvvəllər Qərblə mükalimələrdə, polemikalarda sübut etməyə çalışırdıq ki, bizim insan haqları, söz azadlığı, onların pozulması ilə bağlı bir problemimiz yoxdur. Tutarlı arqumentlər, dəlillər gətirirdik və qarşı tərəfə sübut edirdik ki, bizdə vəziyyət yaxşıdır. İndi isə sanki kənardan belə görünür - xüsusilə də Amerika Birləşmiş Ştatlarında Ferquson hadisələri və digər bir günahsız insanın ölümündən sonra elə bil Azərbaycan sübut etmək istəyir ki, bütün dünya, o cümlədən də Amerika Birləşmiş Ştatlarına və Qərbə baxın, sizdə də vəziyyət pisdir. Yəni, biz məqsəd olaraq prioritetlərimizi dəyişmirik ki? Yəni, biz öz əsas hədəfimizdə qalırıqmı? Yenə də insan haqlarını, söz azadlığını qorumalıyıq, yoxsa sakitləşməliyik. Onsuz da dünyanın ən qabaqda gedən ölkəsində belədirsə, deməli, hər şey pis olaraq da qala bilər?

- Biz uzun müddətdir dünyaya sübut etmək istəyirdik ki, Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan. Elə bilirdik dünya, Avropa Şurası, ATƏT, NATO, ABŞ bunu bilmir. Bizə elə gəlirdi ki, Minsk qrupunun həmsədr ölkələri bunu bilmir. Amma 10 illər keçəndən sonra gördük ki, onlar bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Çox gözəl bilirlər ki, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək lazımdır. İşğalçı dövlətə qarşı beynəlxalq hüququn gücünü göstərmək lazımdır. Bunlar məsələdən yayınırdılar. Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq - Liviyada, Livanda, Suriyada, Misirdə həmin bu Təhlükəsizlik Şurasının, həmin o Amerika Birləşmiş Ştatlarının, Qərb dövlətlərinin dünya müdiriyyəti hesab olunan BMT-nin qətiyyətli mövqelərini görəndən sonra başladıq biz də bunların üzərinə getməyə ki, axı, sizə indiyə qədər biz deyirdik ki, Dağlıq Qarabağı ermənilər işğal edib, onları dəstəkləyən qüvvələr var. Nəyə görə indiyə qədər işğalçı Ermənistanın separatçı rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb? Nəyə görə, indiyə qədər Dağlıq Qarabağa gediş-gəliş dünyada qadağan olunmayıb? Niyə Ukraynada tətbiq olunan sanksiyalar Dağlıq Qarabağın separatçı rejiminə qarşı tətbiq olunmur? Məhz bunları görəndən sonra biz Qərblə öz dilində danışmağa başladıq. Biz hazırda ABŞ-la, Qərb institutları ilə, xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər, bizi öyrədirlər. Biz artıq o öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədir. Biz deyirik, əgər insan hüquqları doğrudan da, bu dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan 10 illərdir ki, didərgin salınmış bir milyon insanın adi milli vətəndaş hüquqlarını bərpa etsinlər. Ən azından onların öz yerlərinə qaytarılmasını təmin etsinlər.

- O vaxtlar belə bəyanatlar səslənirdi ki, Azərbaycan Avratlantik strukturlara inteqrasiya etməlidir. Bizim yolumuz belədir və sair və ilaxır. İndi hansısa bir dəyişiklik var, yoxsa xətt həmin xətdir, sadəcə olaraq korrekturovkalar edirsiniz?

- Bilirsiniz, Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraqlar dayanır. Hansısa struktura inteqrasiya olunmaq, hansısa strukturdan uzaqlaşmaq, hansısa digər bir strukturla birləşmək və yaxud da onun tərkibinə daxil olmaq Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarında ali məqsəd deyil, vasitədir. Ali məqsəd Azərbaycan dövlətinin təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməkdir, işğal olunmuş əraziləri azad etməkdir. Ali məqsəd Azərbaycan xalqını firavan həyatla təmin etməkdir, işsizliyi, sosial problemləri aradan qaldırmaqdır, eyni zamanda, insanları mənzillə təmin etməkdir və s. Bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qarşısında duran ali vəzifədir. Ali vəzifəyə çatmaq üçün biz, əlbəttə, vasitələr seçirik. Vasitələrdən biri Qərb dövlətləri ilə münasibətlər yaratmaq və onlarla iqtisadi gücü birləşdirmək, digər hansısa bir dövlətlə təhlükəsizlik maraqlarını birləşdirib təhlükəsizliyi təmin etmək, ərazi bütövlüyü sahəsində tərəfdaş münasibət yaratmaq və ilaxır və s. Görəndə ki, bizim maraqlarımıza - konkret olaraq bu bölgədə, bu dövlətlərlə tərəfdaş olmaq, digər dövlətlərlə rəqabət yaratmaq sərf edirsə, əlbəttə, ona gedirik. Təkrar edirəm, dövlətin daimi marağı var. Dövlətin daimi dostu, daimi düşməni olmur.

- Azərbaycan dövləti son zamanlar öz tənqidlərində daha kəskin, daha birbaşa, daha cəsarətlidir. Hətta ABŞ-ın tənqid olunması Azərbaycan dövlət strukturları, ideoloji aparatının insanlarından ötrü gözlənilməz hal deyil. Amma məni bir şey maraqlandırır. Biz heç bir vaxt Rusiyanı, İranı bu dərəcədə açıq və birbaşa kəskin şəkildə tənqid etməmişik.

- Onlar da bizi tənqid etmirlər, məhz ona görə. Bilirsiniz tənqid, təkrar deyirəm, prinsiplərə söykənməlidir. Əgər doğrudan da Azərbaycanda Qərbin dəyərləri olan demokratiya, insan hüquq və azadlıqları, söz azadlığı, mətbuat azadlığı, ərazi bütövlüyü, insanların təhlükəsizliyi, bu məsələ, doğrudan da, bütün dünyada Azərbaycanda olduğu kimi, təbliğ olunursa, qorunursa, onlarda hansısa bir dairə bizi tənqid edirsə normal yanaşırıq. Amma davamlı bir şəkildə olmayan bir şeyi bizə məcbur qəbul etdirmək istəyirlər. Amma özlərinə aid olan hüquqlardan, belə deyək, vaz keçirlərsə, əlbəttə, biz onlara cavab veririk. Rusiya da, İran da, o cümlədən Çin Xalq Respublikası və digər dövlətlər də bizimlə daxili işlərə qarışmamaq prinsipi əsasında münasibətlər qurubdur. Biz bir-birimizə tövsiyələr verə bilərik. Biz bir-birimizə hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib-etməmək o dövlətin öz işidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb