Eli Kohen: Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen tviter hesabında yazıb. Nazir paylaşımda bildirib: “Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim”.