Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı VİDEO
Şuşa, 13 iyul, AZƏRTAC
Şuşa Qlobal Media Forumunda ilk dəfədir ki, iştirak edirəm. Burada Prezident İlham Əliyevi dinləmək fürsəti əldə etdim. Bu baxımdan, bir jurnalist kimi bizim üçün bu gün çox möhtəşəm və əlamətdar oldu.
Bunu AZƏRTAC-a müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, keniyalı jurnalist Elizabeth Mutuku söyləyib.
"Bu görüşdən çıxardığım əsas nəticə nədir? Prezident İlham Əliyevin xüsusilə bütün ölkələrə sülh çağırışı etməsi və özünün də dediyi kimi, sülhün tərəfdarı olmasıdır. O, media mütəxəssislərini, yəni bizi və bu sahədə olan hər kəsi hadisələri düzgün istiqamətləndirməyə, problemlərə meydan oxumağa və onları işıqlandırarkən həqiqətə söykənməyə, qərəzsiz olmağa çağırdı", - deyə o əlavə edib.
Keniyalı jurnalist Afrika ölkələri üçün ən mühüm məqamın hüquq uğrunda mübarizə məsələsi olduğunu vurğulayaraq deyib: "Bu da çox aydın şəkildə ortaya qoyuldu. Prezident qeyd etdi ki, bu, bütün qitələrə təsir edən bir məsələdir və buna görə də jurnalistlər olaraq biz real həqiqəti söyləməli, daha doğrusu, həqiqəti cəsarətlə dilə gətirməliyik. Sülhün qorunması və insan hüquqları – mənim üçün Prezident İlham Əliyevin çıxışındakı ən vacib məqamlar bunlar oldu".