Elm və təhsil naziri Balakəndə vətəndaşlarla görüşəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 30-da Balakən şəhərində vətəndaşları qəbul edəcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər. Həmin şəhər və rayonların sakinləri sentyabrın 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:02]
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib
- 14.10.2026 [15:58]
Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb
- 14.10.2026 [15:07]