Elm və təhsil naziri İmişlidə vətəndaşlarla görüşəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 29-da İmişli rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İmişli, Beyləqan, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, adları çəkilən rayonların sakinləri sentyabrın 20-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]