Elm və təhsil naziri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 1 aprel, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev aprelin 17-də Qusar şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri aprelin 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:26]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]