Elmar Baxşıyev: Qəbələdəki oyunda əlimizdən gələni etməyə çalışacağıq
Bakı, 22 iyul, AZƏRTAC
Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın "Fehervar" komandasının qonağı olan “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, iki fərqli hissə izlədik. Birinci yarıda daha çox istədiyimizi meydanda görə bildik.
“Macarıstanlı azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. İlkinin hazırkı durumu normaldır. Ümid edirik ki, ciddi heç nə olmayacaq".
“Fehervar” - “Qəbələ” matçı Macarıstan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]