Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmi nailiyyətlər dövlətin və xalqın dünya birliyində statusunu xüsusi müəyyən edir

Elmi nailiyyətlər dövlətin və xalqın dünya birliyində statusunu xüsusi müəyyən edir

Bakı, 4 aprel, AZƏRTAC

Müasir dünya getdikcə daha çox informasiya texnologiyalarının diktə etdiyi bir reallıqla qarşı-qarşıyadır. Siyasi proseslər medialaşır, informasiya şəbəkələri üzərində güclər mübarizə aparır, şəxsi və milli informasiya məkanlarının qorunması aktual problemlər siyahısında ön sıralarda dayanır. Belə bir zamanda informasiya təhlükəsizliyi, ideoloji stabillik və siyasi strategiyalar daha çox elmi təhlilə ehtiyac duyur.

Bu istiqamətdən yanaşaraq, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva dünyanın çağırdığı yeni reallıqlar işığında siyasi və fəlsəfi düşüncənin rolu haqda dərin araşdırmalara imza atır. Alimin “Müasirliyin çağırışları: postmodernizm və multikulturalizm" monoqrafiyası bu sahədə orijinal yanaşma təqdim edir.

AZƏRTAC AMEA-ya istinadla professor Roida Rzayeva ilə müsahibəni təqdim edir.

- Müasir dövrdə siyasi proseslərin medialaşması və virtuallaşması informasiya təhlükəsizliyinə və milli informasiya məkanının suverenliyinə necə təsir edir? Bu kontekstdə dövlətlər informasiya müharibəsi şəraitində öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyi təmin etmək üçün hansı yanaşmalardan istifadə edilir?

- Bu gün virtual məkan kütləvi siyasi dəyərlərin, mənaların, dünyagörüşlərinin formalaşmasına və siyasi reallığın dərkedilməsinə təsir edir. Bu da informasiya müharibəsi şəraitində risklərə, yəni ictimai şüura kənar təsirlərin aktiv cəhdlərinə qarşı çıxmaq məqsədilə milli informasiya məkanının idarəolunanlığının və suverenliyinin qorunması zərurətini yaradır. Bu kontekstdə müasir siyasi idarəetmənin ən mühüm vəzifəsi kimi informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bu nöqteyi-nəzərdən informasiya və media sahəsi virtual siyasi mübarizədə informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Müasir dövrdə milli informasiya təhlükəsizliyi ideoloji təhlükəsizlik məsələsini də ehtiva edir. Bu səbəblə informasiya məkanı hər bir dövlət tərəfindən qorunan milli internet seqmentlərinə parçalanır. Dövlətlər öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyini təmin etmək üçün media siyasətindən istifadə edirlər. Bu gün media siyasəti “yumşaq güc” kimi çıxış edir, bunu geosiyasi müstəvidə ortaya çıxan reallıqlar tələb edir.

- Bu gün siyasi məkanın formalaşmasına və idarə edilməsinə müasir informasiya inqilabı güclü təsir edir. Bu baxımdan siyasi reallığın postklassik mənzərəsi hansı yeni xüsusiyyətlərlə səciyyələnir və dövlətlərin informasiya potensialı onların siyasi strategiyalarında hansı rolu oynayır?

- Bu gün müasir siyasi fəaliyyətin əsas resurslarından biri informasiyadır. Müasir dövrdə siyasi dünyanın postklassik mənzərəsinin əsas xüsusiyyəti siyasi məkanın şəbəkəyə əsasən təşkil olunmasıdır. Bir dövlətin informasiya bazarında informasiyanın təşkili və müvafiq əlaqələrin qurulması prosesində səmərəli fəaliyyəti onun informasiya potensialını təşkil edir. İnformasiya ictimai resursun müstəqil növü olaraq sosial inkişafın istiqamətini, xarakterini və tempini təyin edir, “milli informasiya ehtiyatları” anlayışının yaranmasına səbəb olur.

Qeyd edim ki, bu istiqamətdə tədqiqatlar dünyada intellektual ictimaiyyəti maraqlandırır və mövzular ətrafında müzakirələr doğurur. Bu yaxınlarda iştirak etdiyim beynəlxalq konfranslarda da, xüsusən dünyanın aparıcı elmi mərkəzlərindən olan Kembric və Oksford universitetlərində təşkil edilən konfranslarda bunun bilavasitə şahidi oldum. Siyasi reallığın aldığı şəkil, yəni postklassik, o cümlədən informasiya təsiri altında bu gün diqqət mərkəzində olan mövzudur. Çünki virtual məkanda informasiya üstünlüyü dövlətlər arasında məkan münasibətlərinin taleyini müəyyən edəcək, bu da geosiyasətin yeni informasiya paradiqmasından danışmağa imkan yaradır.

- Roida xanım, sizin “Müasirliyin çağırışları: postmodernizm və multikulturalizm” monoqrafiyanız müasir cəmiyyətin aktual problemlərini fəlsəfi, sosioloji və mədəni aspektlərdən araşdırır, elmlərarası yanaşma ilə multikulturalizmin müxtəlif formaları təhlil edilir. Sizin fikrinizcə, postmodern cəmiyyətlərdə multikulturalizm və tolerantlıq anlayışlarının mahiyyəti necə dəyişir? Bu gün dialoqun fəlsəfi çərçivələri hansı yeni problemlərlə qarşılaşır və Qərb intellektual ənənələri ilə hansı aspektlərdə uzlaşır, yaxud onlardan fərqlənir?

- Postmodernizm Qərb intellektual ənənəsinə xas fenomen sayılır, modernin köməyilə izah edilə bilməyən, modernin çərçivəsindən kənara çıxan reallıqların təsviri və səciyyələndirilməsi məqsədilə ortaya çıxıb. Buna görə də deyə bilərik ki, son illərin müasir Qərb fəlsəfəsinin tədqiqat mövzuları, postmodernizm daxil olmaqla, müasir reallıqları xarakterizə edən müasir cərəyanlar, konsepsiyalar olmuşdur. Bu səbəbdən dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən bu mövzuları işıqlandıran monoqrafiya hazırlamaq təklifi edildi.

Postmodernizm modernizmin qətiliklərini rədd edir, lakin ümumiyyətlə hər şeyi, o cümlədən modernizmi özündə cəmləşdirir. Modernizmdən fərqli olaraq, keçmişi rədd etmir, bütün keçmişi və hazırkı dövrü daxil edir. Postmodernin dialoji təbiəti, zənnimizcə, bir neçə prizmada nəzərdən keçirilə bilər və yaxud deyə bilərik ki, postmoderndə dialoqun müxtəlif müstəvilərini görə bilərik: keçmişlə bu günün dialoqu, ənənə ilə yeniliyin dialoqu, premodern, modern və postmodernin dialoqu, Qərb və Şərqin, yaxud qeyri-Qərbin dialoqu və s.

Multikulturalizm postmodernin fəlsəfi əsasları ilə həmahəngdir. Postmodernizm multikulturalizmi aktuallaşdırır və dialoqun zəruriliyini vurğulayır. Postmodern multikulturalizmi çoxmədəniyyətli dünyada yanaşı yaşamanın forması və zəruri şərti kimi qiymətləndirilir. Postmodern dövrdə multikulturalizm anlayışı daha genişdir, yəni sadəcə etnik müxtəlifliyi deyil, həm də müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllərin müxtəlifliyi nəzərdə tutulur. Bu baxım bucağından, multikulturalizm plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönümlü dünya görüşü mövqeyi kimi anlaşılır. Cəmiyyət üçün multikulturalizm səciyyəvidirsə, onda artıq dialoq vardır, çünki fərqli mədəniyyətlərin yanaşı yaşaması və tolerantlıq nəzərdə tutulur.

Dialoq fəlsəfəsi tolerantlıq, mədəniyyət və fəlsəfənin qarşılıqlı münasibəti, ünsiyyət prosesinin etik aspektləri, “elmlərarası dialoq” kimi tərkib hissələri ilə gender problematikasını da ehtiva edir. Beləliklə, tolerantlıq və “Başqası” müasir dövrün aktual məfhumları arasındadır.

- İndiki dönəmdə türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyası hansı strateji zərurətlərlə şərtlənir və bu prosesdə regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı hansı rolu oynayır?

- Bu gün beynəlxalq təhlükəsizliyin əsas parametrləri dəyişir. Müasir ictimai-siyasi reallıq, o cümlədən son dövrlərdə baş verən müharibələr şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də informasiya və media sahəsində aktuallaşıb. İnformasiya sahəsində mədəni dəyərlər uğrunda mübarizə gedir, bu da mədəni üstünlüklərin rolunun əhəmiyyətini artırır. Dövlətlərin əsas geosiyasi potensialı kimi çıxış edən milli mentalitet və mədəniyyət informasiya təsirinə məruz qalır. Qeyd olunanlar virtual məkanda siyasi təfəkkürün və informasiya üstünlüyünün simvolik mahiyyətini hər zaman olduğundan daha çox aktuallaşdırır.

Türk dünyası ölkələri üçün geosiyasi müstəvidə formalaşam reallıqlara uyğunlaşma zərurəti yaranıb. Müasir dünyada son zamanlarda baş verən siyasi, iqtisadi və mədəni hadisələr türk dövlətlərinin rifah, inkişaf və təhlükəsizliyinin qarşılıqlı asılılığını nümayiş etdirir. Dünyada baş verən sürətli dəyişikliklər qarşısında regional təşkilatların əhəmiyyəti artır. Qlobal dinamikaya əsaslanan ümumi strateji baxışın formalaşdırılması zərurəti yaranıb. Regional səviyyədə ehtiyacları qarşılamaq üçün yaradılan platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır.

- Roida xanım, 2024-cü ildə elmi fəaliyyətinizlə Türk elm dünyasına bəxş etdiyiniz dəyərli töhfələrə görə Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən “Ziya Göyalp cəmiyyət mükafatı”na layiq görüldünüz. Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyası yolunda elmin rolu nə qədər həlledicidir?

- Türk xalqlarının mental birliyi informasiya məkanında türk mədəniyyətinin “simvolik kapital”ıdır və bu gün “yumşaq güc” kimi istifadə olunur. Mədəni və ideoloji təsirin aktuallığı xüsusilə informasiya və ideoloji qarşıdurma kontekstində aktuallaşır. Türk cəmiyyətlərinin siyasi mədəniyyətinin mental və mənəvi müstəvisini təşkil edən “simvolik kapital”ının strateji geosiyasi əhəmiyyəti hər gün daha da artır.

“Simvolik kapital”ın tərkib hissələrini təşkil edən elm və biliklər qlobal səviyyədə onun (“simvolik kapital”ın) ötürülməsində vacib və əsas vasitələrindən biridir və dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Elmi tədqiqatların və texnoloji biliklərin səviyyəsi, elm və texnikanın nailiyyətlərindən səmərəli istifadə etmək bacarığı ilə dövlətin və xalqın dünya birliyində statusu getdikcə daha çox müəyyən edilir. Bu baxımdan, mövcud intellektual ehtiyatlardan səmərəli istifadə Türk dünyasının yeni geosiyasi konyukturada rəqabət bacarığını təyin edən ən vacib amillərdən biri kimi çıxış edir.

- AMEA-nın 80 illik yubileyi ərəfəsində, akademiyanın təmsil etdiyiniz sahədə indiyə qədər qazandığı əsas nailiyyətləri və elmin inkişafında oynadığı rolu barədə fikirlərinizi paylaşmanızı istərdik. Gələcəkdə AMEA həm elmi sahədə, həm də ölkəmizin ümumi inkişafına töhfə baxımından yerini daha da möhkəmləndirmək üçün hansı prioritet addımlar atılmalıdır?

- Azərbaycan Milli Elmlər Akademiyası tarixi boyunca Azərbaycan dövlətinin prioritetlərini nəzərə alaraq tədqiqatlar aparmaqla ölkəmizin inkişafına öz töhfəsini verib. AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 18 mart tarixli Sərəncamında akademiyanın hər zaman yüksəkistisaslı kadrların hazırlanmasında rolu, sosial-humanitar təqdiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi işinə verdiyi töhfələr və Respublikanın elmi-intellektual potensialının cəmləşdiyi mərkəz olduğu qeyd edilib.

Hazırda AMEA yeniləşmə və islahatlar dövrünü yaşayır. Bu da obyektiv səbəblərdən irəli gəlir. Müasirliyin çağırışları ölkələri, cəmiyyətləri, dünya elmini, o cümlədən hər bir ölkənin elmini bu çağırışlara cavab vermək qarşısında qoyur. Bu da elmi-intellektual inkişaf prosesində keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirir. Bu məqsədlə “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” hazırlanıb.

Bütün dünyada müasir cəmiyyətin inkişafında elmin rolu yenidən qiymətləndirilir. Müasir dövrdə ölkələrin sosial, iqtisadi və siyasi inkişafında biliyin rolu artır. Elm və təhsil cəmiyyətin qarşısında duran bir çox mühüm problemlərin həllində vacib rol oynayır, onların inkişafı dövlət quruculuğu prosesinin, yüksək tərəqqinin vacib təminatı sayılır.

Xüsusilə də ictimai-humanitar elmlər bu gün müasir tendensiyalar və sosial və informasiya-texnoloji dəyişikliklər nöqteyi-nəzərindən təhlil edilməli və istiqamətləndirilməlidir. Bu dəyişiklər sadəcə elmi mövzuların adlarında deyil, eyni zamanda, tədqiqatların mahiyyətində də öz əksini tapmalıdır. Müasir elmdə, xüsusilə də ictimai-humanitar elmlər sahəsində sistemli dəyişikliklərə səbəb olan və onları institusional olaraq dəyişən bir neçə əsas istiqaməti qeyd etmək olar. Bunların başında rəqəmsallaşma, fənlərarası tədqiqatlar, texnoloji suverenlik gəlir. Elmi inkişafın əsas qanunauyğunluğu kimi inteqrativ tendensiyanı göstərmək olar. Müxtəlif sahələrin metodologiyalarının, eyni zamanda, istifadəsi kimi inteqrativ metodologiya bu tendensiyanın təzahürüdür. Bu gün ictimai və humanitar sahələrdə yeni tədqiqat formatlarının tətbiqi, eyni zamanda, böyük verilənlərin və s. istifadəsi ilə bağlıdır.

Düşünürəm ki, dünyanın getdikcə daha çox mürəkkəbləşdiyi müasir şəraitdə elmi təfəkkürün məhsulu olan sistemli yanaşmaya, peşəkar təhlil və proqnozlaşdırma bacarığına daha çox tələbat yaranacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib