Elşad Hacıyev: Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqətdə saxlanılır
Bakı, 11 mart, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Sosial şəbəkələrdə satış məqsədilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]