Elvin Cəfərquliyev: Ukrayna ilə oyunda ağıllı və inamlı olmalıyıq
Bakı, 12 oktyabr, AZƏRTAC
Sabah çox yaxşı komandaya qarşı oynayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, uğurlu nəticə əldə etmək istədiklərini bildirib: "Matça hazırlaşmağa çox da vaxtımız olmadı. Lakin meydana çıxıb, əlimizdən gələni edəcəyik. Önəmlisi psixoloji baxımdan yaxşı olmağımızdır. Fransa ilə görüşdə çox güc sərf etdik. Uşaqlar sonadək mübarizə apardılar. Düşünürəm ki, Ukrayna ilə oyunda daha çox yorulacağıq. Ağıllı və inamlı olmalıyıq. Qrupumuz çətindir, ancaq sabah əldə edəcəyimiz xal yerimizi dəyişə bilər".
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]