Elvis Preslinin yeganə qızı vəfat edib
Bakı, 13 yanvar, AZƏRTAC
Amerikalı müğənni, “Rock and roll” kralı Elvis Preslinin yeganə qızı Liza Mari Presli 54 yaşında vəfat edib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən anası onun ölüm səbəbini açıqlamayıb.
Ailəsi cümə axşamı günü Liza Mari Preslini huşsuz vəziyyətdə tapıb və təcili yardım çağırıb. Həkimlər Los-Ancelesdəki xəstəxanaya aparılan qadının bir neçə saat sonra öldüyünü elan edib. Onun ürək dayanmasından vəfat etdiyi deyilir.
Atasına çox bənzəyən Liza Mari Presli musiqi yazaraq və ifa edərək onun yolunu davam etdirməyə çalışırdı. O, üç albom yazmışdi, dörd övlad anası idi (oğlu 2020-ci ildə 27 yaşında intihar etmişdi). Liza Mari ölümündən bir neçə gün əvvəl, yanvarın 10-da rejissor Baz Lurmanın “Rock and roll” kralının həyat və fəaliyyətindən bəhs edən “Elvis” bədii filmində baş qəhrəmanı canlandıran Ostin Batlerin “Ən yaxşı aktyor” nominasiyasında aldığı “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimində iştirak etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]