Əlyazmalar İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub
Bakı, 30 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Teymur Kərimli və digər əməkdaşlar biraylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Elmi müəssisənin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu müddət ərzində elmi müəssisədə bir neçə dəfə dezinfeksiya işləri aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:32]
İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
- 14.10.2026 [16:30]
Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar
- 14.10.2026 [16:02]