Emin Mahmudov: Öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik
Bakı, 11 sentyabr, AZƏRTAC
Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşməkdir. Bunun üçün hazırlaşırıq. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlərlə razılaşmadığını bildirib: “Ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şansım olmur. Sadəcə, klubumda təzə baş məşqçinin üslubuna uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram”.
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]