Əmrə Bələzoğlu: Fransa ilə oyunda ürəyim Azərbaycan millisinin yanında olacaq - EKSKLÜZİV
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyə millisinin sabiq futbolçusu, karyerası ərzində ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter”, İngiltərədə “Nyukasl” və İspaniyada “Atletiko Madrid” kimi tanınmış komandalarda oynamış Əmrə Bələzoğlu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə Fransa və Azərbaycan yığmaları arasında keçiriləcək görüş haqqında fikirlərini bölüşüb.
Veteran yarımmüdafiəçi AZƏRTAC-a eksklüziv açıqlamasında oyunun çətin keçəcəyini bildirib.
O, rəqibin kifayət qədər güclü komanda olduğunu vurğulayıb: “Azərbaycan millisinin bəzi matçlarını izləmişəm. Təəssüf ki, nəticələr istənilən kimi deyil. Fransa yığması güclü komandadır. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Bugünkü qarşılaşmada ürəyim Azərbaycan millisi ilə olacaq. Ölkənizi çox sevirəm. Futbolunuzun daim inkişaf etməsini istəyirəm. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”.
Qeyd edək ki, bu gün “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]