ƏN KEYFİYYƏTLİ MƏHSULLAR QIZIL MEDALAVƏ SERTİFİKATA LAYİQ GÖRÜLƏCƏK
İnterFood Azerbaijan sərgisinin meneceri Kamilla Qareva AZƏRTAC-ın müxbirinə demişdir ki, “İnterFood Azerbaijan-2004. Keyfiyyət ənənələri” adlı bu tədbir kompleksdə açılmış Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində keçiriləcəkdir. Məqsəd məhsulların keyfiyyətinin daha da yaxşılaşdırılmasına nail olmaq və ölkə bazarına rəqabətqabiliyyətli mallar cəlb etməkdir. İşlərə Azərbaycan Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sədrlik etdiyi dequstasiya komissiyası qiymət verəcəkdir. Bu il ilk dəfə limonad və süd məhsullarının dequstasiyası keçiriləcəkdir.
Qalib sayılan məhsul “Ən keyfiyyətli məhsul” qızıl medalına və sertifikata layiq görüləcəkdir.