ENERGETİKLƏR HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRLƏR
Azərbaycan DRES-də fəaliyyət göstərən Heydər Əliyev Universitetində ümummilli liderimizin doğum günü münasibətilə növbəti məşğələ keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məşğələdə həmkarlar ittifaqı komitəsinin sədri Sabir İsmayılov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, gənclər təşkilatının sədri Hüseyn Həşimov “Azərbaycan idmanının inkişafında İlham Əliyevin rolu və yeri” mövzusunda mühazirələr oxumuşlar.