Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verilib SƏRƏNCAM
Bakı, 25 aprel, AZƏRTAC
Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.
Xarici İşlər Nazirliyi bununla bağlı Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]