Ərdəbil-Rəşt yolu Azərbaycanla İranın mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaradacaq
Tehran, 16 iyun, AZƏRTAC
Astara(İran)-Astara(Azərbaycan)-Bakı magistral yolunun Ərdəbil-Rəşt avtomobil yoluna birləşməsi istiqamətində işlər davam edir. Bir il ərzində yolları birləşdirəcəyik və yeni marşrutla yük maşınlarının Bakıya tez və təhlükəsiz çatması təmin olunacaq.
AZƏRTAC “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, İran ilə Azərbaycanı birləşdirən magistral yol Rusiyaya qədər uzanacaq və yük maşınlarını Rusiyadan Avropaya qədər hərəkət edə biləcəklər. Eyni zamanda, bu yol İranla Azərbaycanın tranzit imkanlarını və gəlirlərini artıracaq.
Qeyd edək ki, Astara-Bakı yolunun Ərdəbil-Rəşt yolu ilə birləşməsinin nəticəsində Azərbaycan ilə İranın yalnız Gilan və Mazandaran vilayətləri deyil, eləcə də Ərdəbil və digər mərkəzi vilayətləri arasında nəqliyyat əlaqəsi yaranacaq.
Nazir deyib ki, Azərbaycan tərəfi ilə Astaraçay üzərindəki körpünün də yenidən tikilməsi məsələsi razılaşdırılıb. Layihənin 4,5 milyon avro dəyərindədir. İnşaat işlərinə xərclənəcək vəsaitin 50 faizini İran, 50 faizini isə Azərbaycan tərəfi ödəyəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]