Ərdoğan: Türkiyə terror təhlükəsini sıfra endirməyi hədəfləyir
Ankara, 14 avqust, AZƏRTAC
Bu gün biz “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açırıq və ölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfra endirməyi hədəfləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çox vacibdir.
“Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror problemi”nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq”, - deyə o qeyd edib.
Türkiyə lideri terrorla mübarizədə populizmin yolverilməz olduğunu vurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək nəsillər bunu bağışlamayacaq”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]