Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni saxtakarlıqlarının ifşa olunması üçün qətiyyətli addımlar atılmalıdır

Erməni saxtakarlıqlarının ifşa olunması üçün qətiyyətli addımlar atılmalıdır

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Universitetində “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar. Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyi və “Səs” Media Qrupunun birgə keçirdiyi konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Konfransın plenar iclasında Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alim və tarixçilərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından danışıb. Rektor Azərbaycanın XIX əsrdə İran və Türkiyədən Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə əzəli torpaqlarımızda yaradılan və terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanla qonşu olmaq məcburiyyətində qaldığını, bu qonşuluğun xalqımıza qarşı daim soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunduğunu söyləyib. Ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının bəşər tarixində ən ağır cinayətlər olduğunu söyləyən F.Əhmədov bu faciələr barədə obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılmasının vacibliyini vurğulayıb.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov uydurma erməni soyqırımı iddiası ilə bağlı gerçəkliklər barədə məlumat verib, ermənilərin tarixən müxtəlif imperiyaların alətinə çevrilməsindən danışıb. Alim bildirib ki, aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnamə əslində reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndirilməlidir. Erməni lobbisinin dünyada böyük gücə sahib olması bu sənədin Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul edildiyini deməyə əsas verir. Halbuki BMT Təhlükəsizlik Şurasının Ermənistanın silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsinə Ermənistan indiyədək məhəl qoymur, dünya birliyi isə buna göz yumur.

Y.Mahmudov Tarix İnstitutu tərəfindən erməni saxtakarlıqlarının ifşa edilməsi və əsl həqiqətlərin ortaya qoyulması isqtiqamətində yazılan kitabların və tarixi mövzuda faktlarla zəngin elmi məqalələrin xarici dillərə çevrilərək yayılmasının ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayıb. İnstitutun direktoru soyqırımı tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin qarşısında duran vəzifələrdən danışıb, bu tədqiqatların böyük əhəmiyyətini qeyd edib.

Konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilməsinin dərin rəmzi məna daşıdığını vurğulayan Y.Mahmudov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının dərindən öyrənilməsi və bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi Ulu Öndərin adı ilə bağlıdır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov ötən yüzillikdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinin təhlil edilməsi və onlara beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, konfrans həm ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümünə, həm də türk dünyası üçün aktual və narahatedici məsələnin müzakirəsinə həsr olunub. Bu iki mövzu bu gün bu konfransda təsadüfi olaraq birləşməyib. Çünki ermənilərin türk-müsəlman dünyasına qarşı həyata keçirdikləri məkrli siyasətin ifşa olunmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var.

Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin sədri Məmmədəli Babaşlı, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev və başqaları Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən, erməni lobbisinin uydurma kampaniyalarından danışıblar. Onlar erməni millətçiləri və havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərə məruz qaldığını bildiriblər.

Daha sonra “Daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı soyqırımları”, “1917-1920-ci illərdə erməni silahlı dəstələrinin Qafqazın müsəlman əhalisinə qarşı soyqırımları (Böyük Britaniya arxiv materialları əsasında)” və “1918-ci ildə ermənilərin törətdikləri soyqırımı Fövqəladə Tədqiqat Komissiyasının sənədlərində” mövzularında məruzələr dinlənilib.

Plenar iclasdan sonra konfrans işini “Azərbaycana qarşı ermənilərin ərazi iddiaları və erməni terrorizmi”, “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları” bölmələri üzrə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub