Ermənilər Qarabağda müxtəlif hərbi texnika toplayır
Bakı, 14 avqust, AZƏRTAC
Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.
AZƏRTAC “Caliber.az”a istinadla xəbər verir ki, bu, qanunsuz rejimin qalıqlarının növbəti təxribatlarına hazırlıq məqsədi daşıyır. Hədəf Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və onu cavab tədbirləri görməyə təhrik etməkdir.