Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin kilsə ittihamı

Bakı, 12 oktyabr, AZƏRTAC

10 oktyabr 2020-ci il tarixdə, Ermənistanın News.am saytı və digər mətbuat orqanları məlumat yaydılar ki, oktyabrın 8-də Şuşa şəhərindəki rus kilsəsinə Azərbaycanın silahlı qüvvələri tərəfindən raket atılıb. Raket atışı zamanı kilsədə olan qadın və uşaqlar zərər çəkiblər, yaralananlar var.

Bu məsələlərlə bağlı Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü, tədqiqatçı-ekspert Faiq İsmayılovun AZƏRTAC-a təqdim etdiyi “Ermənilərin kilsə ittihamı” sərlövhəli yazısını diqqətinizə çatdırırıq.

Təxribat xarakterli bu məlumat adi görünsə də, əslində, Ermənistan tərəfindən Azərbaycanı planlı şəkildə vandalizm aktı törətməkdə suçlamaqdır. Biz ermənilərin bu ittihamına qarşı səssiz qala bilməzdik. Odur ki, bu məlumatı analiz etməyə qərar verdik. Analiz edərkən qəribə bir səhnə ilə rastlaşdıq. Məlum oldu ki, hadisə zamanı kilsədə heç kim olmayıb və kilsənin içərisində heç bir dağıntı baş verməyib. Ermənilərin sübut kimi mətbuata təqdim etdikləri fotoşəkillərin çoxu 10-15 il kilsənin təmirindən öncə, bir neçəsi isə birinci Qarabağ müharibəsi dövrü çəkilmiş fotoşəkillərdir.

İlk öncə iddia edilən hadisənin necə baş verdiyini nəzərdən keçiririk. Kilsənin giriş qapısının üzərindəki və ona bitişik ətraf yardımçı tikililərin üzərində qurulmuş çardaqlarda o qədər də güclü olmayan dağıntılar müşahidə olunur. Dağıntıların bu cür parakəndə və geniş əhatəli olması, bu binaya peşəkar ordu tərəfindən müdaxilə edilməsini inkar edir. Belə ki, binada ciddi dağıntı yoxdur. Yardımçı binaların çardaqlarında yalnız dəmirlər çardaqdakı taxtaların üzərindən qoparılıb. Bunun hansı qüvvələr tərəfindən törədildiyi də maraq doğurur. (Şəkil 1)

 

Ermənilərin iddia etdikləri kimi, əgər bu binaya Azərbaycan Ordusu tərəfindən raket atışı olsaydı, mütləq şəkildə ortamənzilli raketlərdən və ya qrad qurğularından istifadə olunmalıydı. Çünki Azərbaycan əsgərləri Şuşa şəhərindən kifayət qədər uzaq məsafədə yerləşir və əgər binanın işarələnmiş yerlərinə raket zərbəsi endirilmiş olsaydı, o zaman kilsənin ön hissəsi mövcud olmazdı. Yəni, raketdən edilmiş atəş sadəcə dəmirləri qoparmaz, ən azı binanın bir hissəsini uçurar və döşəmədə böyük çala yaradardı.

Bu hadisə təxribat məqsədilə ermənilərin özləri tərəfindən törədildiyi qənaətindəyik. Ermənilərin təqdim etdikləri saxta sübutlar bizə bunu deməyə əsas verir. (Şəkil 2)

Ermənistan təbliğat maşınının kilsə qülləsinin aşağısına əlavə etdiyi şəkillərin heç biri real vəziyyəti əks etdirmir. Diqqətlə baxın. Döşəməyə düşən yad cisim bu şəkildə tavandan zərbə nəticəsində düşərək bu qədər kənara sıçraya bilməzdi. Eləcə də yerdə görünən inşaat materialları qalıqları tavandan bu şəkildə tökülüb ətrafa səpələnə bilməzdi. Habelə bu tullantıların tavanın izolyasiya materiallarının tərkibinə uyğun gəlmir. Bunların tavandan tökülmüş qalıqlara heç bir aidiyyəti yoxdur. (Şəkil 3)

O cümlədən görünən oturacaqların rəngləri və texniki vəziyyətləri əsas verir deyək ki, bu oturacaqlar uzun illər istismar edildiyindən istifadəyə yararsızdır. Onlar kilsədən çıxarılmaq üçün əllə bir kənara toplanıb. Əgər çardağa atılan xəyali mərmi içəriyə düşsəydi, belə oturacaqları hansısa bir səmtə sıxışdırıb toplaya bilməzdi. Giriş qapısının yanındakı divar rəsminə və pəncərənin yanındakı divara baxsanız rütubət nəticəsində öz rənglərini itirdiklərini kiçik hissəciklərlə qabarıb divardan qopduqlarını görürük. Bu foto kilsənin istifadə edilmədiyi dövrdə çəkildiyi, yəni indiki hadisəyə aid olmadığı ehtimalını yaradır. Bu vəziyyət şəkil çəkildiyi dövrdə binanın istifadəyə yararsız olduğunu göstərir və ermənilərin yalan danışdıqlarını göstərir. Kilsənin daxili interyerinin görüntüləri deməyə əsas verir ki, bu şəkil 1998-2000-ci illərdə kilsənin ilk təmirindən əvvəl çəkilib. (Şəkil 4-5)

Təqdim olunan bu fotolarda, döşəmədə görünən inşaat materiallarının qalıqları, taxta parçaları, döşəmədən qoparılmış asfalt və beton qırıqları hücrənin divarına söykənən pilləkən və bir yerə toplanmış oturacaqlar binanın təmirə hazırlandığından xəbər verir. Belə ki, 8 may 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kilsə üç dəfə təmir edildiyi barədə əlimizdə faktlar var. Divarların ornamental görüntüləri və rəngi göstərir ki, bu şəkil 2008-2010-cu illərə məxsusdur. (Şəkil 6)

Diqqətlə baxın, bu foto kilsənin istismar dövrü, yəni 2019-cu ildə və bir vətəndaşın əl telefonu ilə çəkilib. Divarın rəngi, hansısa müqəddəsin portreti, qapı və oturacaqların texniki vəziyyətini yuxarıdakı şəkillərlə müqayisə etsək. Yuxarıdakı şəkillərin mövcud reallığı əks etdirmədiyini görürük. (Şəkil 7)

Törətdikləri cinayəti Azərbaycan Ordusunun ayağına yazmaq üçün dəlil kimi təqdim etdikləri bu şəkil, birinci Qarabağ müharibəsindən sonra kilsənin təmiri ərəfəsində çəkilib. Bunu təyin etmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Divarların tökülmüş malaları, müqəddəslərin rəngi solmuş və yararsız hala düşmüş portretləri bizim dediklərimizi sübut edir. 1992-ci ildə erməni millətçiləri kilsənin giriş və çıxış qapılarını söküb Ermənistana aparmışdılar. Lakin ermənilər bu şəkili mətbuata təqdim edərək oktyabr ayının 8-də kilsənin qapısını Azərbaycan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində dağıldığını iddia edirlər. Əgər bu iddia doğrudursa, o zaman qapının qırıqları yerdə atılmış vəziyyətdə olmalı idi. O zaman bəs nədən qapının qalıqları tullantıların içərisində görünmür? (Şəkil 8)

Bir mərmi oyuğundan bu qədər tullantının yerə tökülməsini iddia etmək, ağılasığmaz yalandır. Eyni zamanda, döşəmədəki daşların ölçüləri və qum qalıqları, bu tullantıların tavandan tökülmədiyini sübut edir. (Şəkil 9)

Kilsənin tavanında açılan bu mərmi oyuğu birinci Qarabağ müharibəsinə aiddir. O dövrdə kilsənin tavanından, içərisinə düşən mərmi yanğın törətmiş, bunun da nəticəsində kilsənin divarları və qübbəsini his basmışdı. (Şəkil 10)

Ermənilər çaşqınlıqdan, ya nədənsə ikinci daha fərqli mərmi oyuğunu real hadisənin sübutu kimi təqdim edirlər. Halbuki onlar kilsəyə yalnız bir mərmi düşdüyünü deyirdilər. Halbuki interyerdə görünən bu müdaxilə və rəngin fərqliliyi, bu oyuğun illər öncə baş verdiyini diktə edir. (Şəkil 11)

Ermənilər iddia edirdilər ki, Azərbaycanın silahlı qüvvələri tərəfindən atılan raket nəticəsində kilsədə qadın və uşaqlar yaralanıblar. Şəkildən məlum olur ki, bu da 1992-ci ildə çəkilmiş bir fotodur. Eyni zamanda, kilsədə yaralanması iddia olunan insanlar bu fotoda hansısa yaralını kilsədən bayıra çıxarmır. Əksinə, bayırdan kilsəyə daşıyırlar. (Şəkil 12-13)

Bu şəkil təqribən 10 il əvvəl kilsənin sonuncu təmiri dövrü çəkilib. Bu şəkil də ermənilərin saxta dəlillərinin sırasında yer alıb. Gördüyünüz kimi, bu fotoda ot örtüyü kilsənin giriş qapısına qədər uzanır hələ ləğv edilməyib, divara söykənən pilləkən, kilsənin içərisində görünən insan siluetləri, pəncərə şüşələrinin qırıntılarının yerdə görünməməsi, kilsə ətrafındakı cığırların hələ asfaltlanmaması bu şəkilin 2020-ci ilə aid olmadığını göstərir. Sübut üçün biz 2020-ci ilin sentyabr ayında çəkilmiş fotoşəkillə müqayisə etsək, bu fərqi biz asanlıqla görə bilərik. (Şəkil 14-15)

Şuşa, sentyabr 2020-ci il

Ermənilərin əleyhimizə təqdim etdikləri bu şəkil kilsədə deyil, zirzəmidə çəkilib. (Şəkil 16-17)

Kilsəyə aid bu saxta dəlil də reallıqdan çox uzaqdır. Foto kilsənin təmir dövrü çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib