Ermənistan parlamenti Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib
Bakı, 1 may, AZƏRTAC
Ermənistan parlamentinin deputatları müxalifət nümayəndəsi Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib .
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə yalnız 45 deputat səs verib. Onun seçilməsi üçün parlament üzvlərinin minimum 53-nün səsi tələb olunurdu.
Bir qədər əvvəl Ermənistanın hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Baqram Baqdasaryan bəyan etmişdi ki, onlar Nikol Paşinyanın baş nazir postuna namizədliyinin əleyhinə səs verəcəklər.
“Cənab Paşinyan bizi inandıra bilmədi”, - Baqdasaryan belə deyib.
Ermənistan qanunvericiliyinə görə, əgər deputatlar baş naziri seçə bilməsələr, bundan sonrakı 7 gün ərzində yeni seçkilər keçirilməlidir. Əgər ikinci cəhd də uğursuz nəticələnərsə, parlament buraxılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]