Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan yeni reallıqları anlamağa başlayıb - TƏHLİL

Ermənistan yeni reallıqları anlamağa başlayıb - TƏHLİL

Bakı, 15 iyul, Rabil Kətanov, AZƏRTAC

Abu-Dabidə Ermənistanla aparılan danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik addımı hələ də dünya mətbuatının güdəmindədir. Beynəlxalq siyasi analitiklər bu görüşü dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevirməklə yanaşı, siyasi xətti ilə özünün də müdrik dövlət və siyasi xadim olduğunu nümayiş etdirdi. CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan AZƏRTAC-a eksklüziv açıqlamasında deyib ki, Vətən müharibəsində Azərbaycanın Zəfər qazanması təkcə Cənubi Qafqazda deyil, qlobal səviyyədə yeni reallıqlar yaradıb. Bunlar region dövlətləri üçün iqtisadi inkişaf, qlobal aktorlar üçün isə geosiyasi imkanlardan ibarət olan reallıqlardır.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri politoloq Zaur İbrahimli qeyd edib: “Qlobal güclərin qarşıdurmasının, silahlı münaqişələrin tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyev praqmatik xarici siyasət kursu ilə Azərbaycanı dinamik inkişaf edən dövlətə çevirib. Şimal və Cənub sərhədlərimizdə baş verən qanlı toqquşmaların Azərbaycana sirayət etməsinə imkan verilməyib. Ölkəmizin ictimai-siyasi sabitlik və mərhələli iqtisadi inkişaf xətti ilə irəliləməsi qlobal güclərin diqqətini çəkir və Azərbaycanın siyasi nüfuzu artır. Müasir dövrümüzdə dünya dövlətləri sabit qaydada iqtisadi inkişafa meyil edən ölkələrlə əməkdaşlığa can atırlar. Bu baxımdan Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi məsələsinin müzakirəsi heç də təsadüfi xarakter daşımır. Bu dəhlizin açılmasına bir vaxtlar qarşı çıxan Ermənistanın Baş naziri Nikol Paşinyan artıq regiondakı yeni reallıqları dərk etməyə və uyğun siyasət aparmağa başlayıb. Rəsmi İrəvan da anlamağa başlayıb ki, Zəngəzur dəhlizi yalnız yük daşımaq və gəlir əldə etmək üçün deyil, eyni zamanda, region dövlətləri üçün siyasi zəmanətdir. Çindən Avropaya və əks istiqamətdə yüklərin 5 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, o zaman region dövlətləri ildə təxminən 1,5 milyard dollar gəlir əldə etmiş olar. Dəhliz fəaliyyətə başladıqdan sonra Çinlə Avropa İttifaqı bu regionda sabitliyin hökm sürməsində maraqlı olacaq və siyasi zəmanəti təmin edəcək. Prezident İlham Əliyev qlobal siyasətin incə məqamlarına yaxından bələd olduğu üçün Zəngəzur dəhlizinin açılmasını təkid edir və bu, böyük dövlətlər tərəfindən dəstəklənir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbəri Vinni Van bildirib ki, Orta Dəhlizin genişlənməsi üçün 7 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. Bu sərmayə dəhlizin bəzi dəmir yolu seqmentinin Türkiyə, Özbəkistan və Qazaxıstan ərazilərindən keçən hissəsinin genişləndirilməsinə yönəldiləcək.

ABŞ Dövlət katibinin keçmiş köməkçisi Con Mark Pommerşaym vurğulayıb ki, Trans-Xəzər regionu rəsmi Vaşinqtonun xarici siyasətində mühüm elementdir. ABŞ bu regionda həyata keçirilən və qlobal xarakter daşıyan infrastruktur layihələri dəstəkləyir və sərmayə yatırmağa hazırdır. Strateji iqtisadi layihələr ticarət yollarının diversifikasiyasına və dayanıqlılığına yönəldiyi üçün ABŞ-ın onları dəstəkləməsini zərurətə çevirib.

Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi Azərbaycan ilə yanaşı, Ermənistan və İranı da Türkiyə və Avropa ilə birləşdirən bir layihədir. Təsadüfi deyil ki, parlamentdə çıxışı zamanı N.Paşinyan qeyd edib: “Bu günədək Ermənistanın tarixi böyük dövlətlər tərəfindən yazılıb. Bizə isə deyiblər ki, bu tarixi öyrənin və təbliğ edin. Artıq Ermənistan öz tarixini yazmağa başlayıb və taleyini özü müəyyən edəcək”. Artıq Ermənistanın siyasi elitası uzun müddət böyük dövlətlərin diktəsi ilə siyasət yürütməyin nə qədər mənfi nəticələrə səbəb olduğunu aydın şəkildə görür. Məhz bu siyasətin nəticəsində Ermənistan həm iqtisadi gəlir, həm də siyasi zəmanət təmin edə biləcək iri beynəlxalq layihələrdən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrdən kənarda qalaraq təcrid vəziyyətinə düşən Ermənistan artıq regionda kimlərinsə protektoriyası altında deyil, siyasətin subyekti olmağa can atır. Bu gün rəsmi İrəvan regionda Trans-Xəzər, Şimal-Cənub, Şərq-Qərb kimi tranzit nəqliyyat layihələrindən də kənarda qalmaq istəmir. O, iqtisadi və siyasi inteqrasiyaya çalışır ki, inkişaf etsin yeni dünya ilə ayaqlaşa bilsin.

Ötən il Vaşinqtonda keçirilən 7-ci Trans-Xəzər Forumunda çıxış edən Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin rəhbəri Uesli Hill bildirmişdi: “Biz uzun müddət Orta Dəhlizin mövcudluğu barədə danışmışıq, bu gün isə bu dəhlizin inkişafını görürük. Bu inkişaf davam edərək iqtisadi-ticarət əlaqələrini yaxşılaşdıracaq, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri bundan istifadə edərək gələcəyin iqtisadi tərəqqisinin əsasını yaradacaqlar. Bu dəhliz regionu beynəlxalq bazarlarla əlaqələndirəcək”. Bunları nəzərə alan Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsinə diqqət göstərməsi təsadüfi deyil. Ötən il Orta Dəhlizlə 11 milyon ton yük daşınıb. Dəhlizin əsas seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya 5 milyon ton yük nəql olunub və bu rəqəmlər artmaqda davam edir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rəsmi İrəvanın praqmatizmə qayıtması regionda dominant olmağa çalışan böyük dövləti narahat edir. Halbuki tranzit yolların Şimaldan Rusiya ərazisindən keçməməsinin səbəbi Ukrayna ilə artıq 4-cü ildir davam edən müharibədir. Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsinin səbəbi də Şimaldan əsən küləklərin nəticəsidir.

Beləliklə, Əbu-Dabi görüşü Azərbaycanın sülh tərəfdarı olduğunu, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyasının beynəlxalq aləm tərəfindən dəstəkləndiyini, Ermənistanın yeni reallıqları anladığını göstərdi. Azərbaycan növbəti dəfə böyük diplomatik qələbə qazandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası