Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru: Oxçuçaydakı ekoloji fəlakət Ağalıda müzakirə olunub

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru: Oxçuçaydakı ekoloji fəlakət Ağalıda müzakirə olunub

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Ermənistanın ekoloji terroru” adlı layihənin icrası davam edir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-də layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindəki orta məktəbdə “Oxçuçayda ekoloji fəlakət” adlı ictimai müzakirə keçirilib. Müzakirədə “Yaşıl Dünya” EMİB-in sədri Elman Cəfərli, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Zəngilan rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, ictimai fəallar, könüllü təbiətsevərlər iştirak ediblər.

Layihənin işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda - Zəngilanın Ağalı kəndində keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan layihə rəhbəri Elman Cəfərli bildirib: “İşğaldan azad olunmuş torpaqlara ayaq basanda insanda ikili hisslər yaranır. Yolboyu dağıdılmış yurd yerlərimizi, minalanmış əraziləri, yerlə bir edilmiş evləri, inzibati binaları, yandırılmış, məhv edilmiş meşələri görəndə insanın içini kədər, təəssüf hissi bürüyür. Düşünürsən ki, gör, düşmən Azərbaycana, ətraf mühitə nə qədər ziyan vurub, bizi neçə il geri atıb. Bu ərazilərin minalardan təmizlənməsi, bərpası, tikinti-quruculuq işləri nə qədər vaxtımızı alacaq. Ancaq yolboyu basdırılan işıq dirəklərini, yeni salınan yüksəkkeyfiyyətli yolları, yaradılan infrastrukturu və inşa edilən yaşayış binalarını görəndə insanın qəlbi fərəhlə dolur. Yeni salınmış Ağalı qəsəbəsi, tədbir keçirdiyimiz bu gözəl məktəb binası, rayonda tikilən binalar düşmənə gözdağı, dünyaya isə bir mesajdır: biz öz əzəli torpaqlarımızı düşməndən azad etmişik, qayıtmışıq, xaraba qoyduğunuz yurd yerlərimizi yenidən dirçəldəcəyik”.

E.Cəfərli qeyd edib ki, Qarabağ münaqişəsi başlayandan ötən son 30 ildə Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirib. İşğal altındakı ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar edilib, nəticədə ekoloji tarazlıq pozulub.

“Son 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb. Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücuma məruz qalıb. Laçın rayonunun Kamallı kəndi ərazisində 100 illik tarixə malik 30 hektara yaxın aqromeşə məhv edilib. İndi orada cəmi 1-2 ağac qalıb. Ağdam rayonunun ümumi meşə sahəsi təxminən 4743 hektar idisə, onun təxminən 26 faizi məhv edilib. Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Orada kollar, meşələr, ot örtüyü, bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ən acınacaqlı durum isə transsərhəd çaylarla bağlıdır” – deyə QHT sədri diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Həmin çaylar Ermənistan ərazisində çirkləndirilib. Bu proses indi də davam edir. Çaylarımız bu gün də təhlükəli tullantılarla - qurğuşun, arsen, sink, molibdenlə çirkləndirilir. Ağır metallarla çirklənmiş çaylarla birbaşa təmas insanda müxtəlif sağalmaz xəstəliklərə yol açır.

Oxçuçayın ekoloji çirklənməyə daha çox məruz qaldığını vurğulayan layihə rəhbəri deyib: “Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su, 180 dib çöküntüsü nümunəsi götürülüb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Çay ağır metallarla çirkləndirilir. Ən narahatedicisi isə odur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir.

Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə artıqdır. Mikrobioloji təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr demək olar eynidir”.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Ağalı kəndində yaradılmış şəraitin ürəkaçan olduğunu bildirib. Deyib ki, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə böyük tikinti-quruculuq, abadlıq işləri görülüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tarix yazıb, torpaqlarımız işğaldan azad edilib. Bu gün azad Qarabağda, Şərqi Zəngəzurdayıq. “Ermənilər torpaqlarımıza təqribən piyada və texnika əleyhinə 1,5 milyondan çox mina basdırıblar. Mina xəritələri müxtəlif bəhanələrlə Azərbaycana verilmədi. Biz o minaları da təmizləyəcək, Qarabağı, Şərqi Zəngəzuru ən təhlükəsiz, ən inkişaf etmiş bölgələrə çevirəcəyik. Lakin indi burada yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Düşmən onsuz da təbiətimizi yetərincə çirkləndirib. Ekoloji şüurun formalaşması erkən yaşlardan başlanır. Biz övladlarımıza erkən yaşlarından təbiətə sevgi, canlılara qayğı hissi formalaşdırmalıyıq”, - deyə o əlavə edib.

Ekoloq bildirib ki, Ermənistanın transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib. Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb. Ermənistan öz iqtisadi maraqlarını üstün tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb.

İ.Həsənova deyib ki, Ermənistan transərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur və bunu beynəlxalq konvensiyaları pozaraq həyata keçirir.

“Ermənistan ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tam əleyhinə çıxış edir. Bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ-mədən sənaye müəssisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espoo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”, - deyə QHT sədri diqqətə çatdırıb.

Digər çıxış edənlər - Ağalı kənd sakinləri Gülşən Hüseynova, Vüqar Kərimli, Nurəddin Əliyev layihənin əhəmiyyətindən danışıb, Ermənistanın törətdiyi ekoloji cinayətlərin bölgədə böyük fəsadlar yaratdığını, Qarabağa böyük qayıdış prosesinə mane olduğunu bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir