Ermənistanın sabiq prezidenti Robert Köçəryanın əmlakına həbs qoyulub
Bakı, 14 iyul, AZƏRTAC
Ermənistanın antikorrupsiya məhkəməsi sabiq prezident Robert Köçəryanın və onun yeddi ailə üzvünün əmlakına həbs qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məhkəmə müvafiq qərarı Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə idarəsinin müraciətinə əsasən qəbul edib.
Baş Prokurorluğun məlumatına görə, Köçəryanın və onun ailə üzvlərinin İrəvandakı 20 ədəd daşınmaz əmlakı, iki avtomobili, 18 yerli və xarici şirkətdəki səhmləri, qiymətli kağızları və 1,5 milyon dollarlıq əmanəti qanunsuz hesab olunur və müsadirə edilir.
Müsadirə olunan əmlakın siyahısına, həmçinin 22 milyard dram (təxminən 57 milyon dollar) qanunsuz mənşəli vəsaitlər də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]