Eşqi Bağırov: Hazırda məktəb direktoru vəzifəsi üzrə 400-dək vakant yer var
Bakı, 5 iyul, AZƏRTAC
Bu günə qədər 10 minə yaxın namizəd direktorların işə qəbulu imtahanında iştirak edib. Onlardan iki min nəfəri imtahandan uğurla keçib.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil TV-də deyib. Onun sözlərinə görə, hazırda məktəb direktoru vəzifəsi üzrə 400-dək vakant yer var: “Direktorların işə qəbulu imtahanında əsas tələb ali təhsil üzrə pedaqoji təhsil və 5 ildən artıq pedaqoji stajdır. Şagird sayı 500-dən az olan məktəblərə direktorların işə qəbulu üzrə ilkin test imtahanı keçirilib. Növbəti həftələrdə həmin namizədlərin müsahibə mərhələləri regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Şagird sayı 500-dən çox olan məktəblərdə isə müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Daha çox direktor təyinatı kiçik məktəblərə nəzərdə tutulur. Mövcud siyahıdan namizədlərə vakant yerlər təqdim olunur. İmtahanda iştirak edən namizədlər yalnız çalışdıqları region üzrə vakant yerlərə müraciət edə bilərlər. Əgər başqa ərazidə fəaliyyətlərini davam etdirmək istəyirlərsə, yalnız işlədikləri müddətdə iş yerinin dəyişdirilməsi üçün müraciət edə bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]