Estoniyanın yeni Prezidenti əvvəlki vəzifəsindən istefa verib
Tallin, 14 oktyabr, AZƏRTAC
Estoniyanın yeni Prezidenti Alar Karis on ildən artıq müddətdə icra etdiyi Çilinin ölkəsindəki fəxri konsulu vəzifəsindən istefa verib.
AZƏRTAC ölkə mətbuatına istinadən xəbər verir ki, Estoniya Prezidenti bu vəzifəni 2010-cu ildən 2021-ci ilədək icra edib.
Bildirilib ki, Alar Karis avqustun sonunda Prezident seçilənədək Çilinin fəxri konsulu vəzifəsini icra edirdi. O, həm də Tartu Universitetinin rektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Alar Karis oktyabrın 11-dən Estoniya Prezidenti vəzifəsinin icrasına başlayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]