ƏT VƏ SÜD İSTEHSALI ARTIRILACAQDIR
Bakı, 21 sentyabr (AZƏRTAC). Yaxın gələcəkdə inək və camışların 40 faizini süni mayalandırmaqla, malların cins tərkibinin yaxşılaşdırılması hesabına hər inəkdən 2 min kiloqram süd sağılması, ət və süd istehsalının nəzərəçarpacaq dərəcədə artırılması nəzərdə tutulmuşdur.
Bunu kənd təsərrüfatı naziri İsmət Abasov demişdir. Nazir bildirmişdir ki, indiyədək fəaliyyət göstərən 350 nəfər süni mayalama texniki 47 rayonun 1500 kəndində inək, camış və düyələrə süni mayalama xidməti göstərirdisə, bu il onların sırasına 150 nəfər də qoşulmuşdur. Ötən il 27 min baş inək, camış və düyə süni yolla mayalanmış, bu yolla 13,8 min baş sağlam bala alınmışdır.
Heyvandarlıq məhsullarının emalı sahəsinə də diqqət artmışdır. Ötən il Biləsuvar və Şəki rayonlarında iri süd emalı zavodları istifadəyə verilmişdir. Hazırda 120 ət və süd emalı sexi fəaliyyət göstərir. İstehsal olunan südün müasir texnologiyalar əsasında ən azı 30 faizinin emal olunması üçün tədbirlər görülür.
Məlumat üçün bildirək ki, keçən il ölkəmizdə 176 min ton ət istehsal olunmuşdur. Onun 77 min tonu mal, 51,5 min tonu isə quş ətidir. Adambaşına 23 kiloqram ət, 178,3 kiloqram süd məhsulu düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]