ETSN monitorinqin nəticələrini açıqlamışdır
Bakı, 12 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə may ayının birinci ongünlüyü üçün monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayında su sərfi aprel ayının üçüncü ongünlüyünə nisbətən 158 kubmetr/saniyə artaraq saniyədə 995 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Belə ki, Şıxlı-2, Ağstafaçay məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri yol verilən qatılıq həddini keçmişdir.
Araz çayının Horadiz, Birinci Şahsevən, Bəhramtəpə məntəqələrində də normadan artıq zərərli maddələr qeydə alınmışdır.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]