EVRO-2008-İN QALİBİ YENİ KUBOK ALACAQ
AZƏRTAC Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadla xəbər verir ki, UEFA Avropa çempionatının qalibinə təqdim olunan Anri Delone Kubokunun dizaynını 1960-cı ildən bəri ilk dəfə olaraq dəyişdirmişdir. Kubok, sələfinin adı və üslubu saxlanılmaqla, elə dəyişdirilmişdir ki, Avropanın ən mötəbər turnirinin miqyas və əhəmiyyətini əks etdirsin. Bu mükafatı ilk dəfə 2008-ci ilin Avropa çempionu alacaqdır.
Yeni kubokda əvvəlki mükafatın arxa tərəfində əlində top tutan adam fiquru yoxdur. Mərmər altlıq yoxa çıxmış, gümüş təməl isə daha böyük olmuşdur. Avropa çempionlarının əvvəllər altlığa həkk olunan siyahısı hazırda kubokun arxa tərəfindədir. Xalis gümüşdən hazırlanan kubokun çəkisi 8 kiloqram, hündürlüyü isə 60 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]