Fabio Kannavaro Özbəkistan millisinin yeni baş məşqçisi olacaq
Bakı, 3 oktyabr, AZƏRTAC
Futbol üzrə Özbəkistan millisinin yeni baş məşqçisi bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
Onun sözlərinə görə, yığma Fabio Kannavaroya tapşırılacaq. İtaliyalı tanınmış mütəxəssis artıq Asiya təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib.
Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Təyinatın isə oktyabrın 6-da açıqlanacağı gözlənilir.
F. Kannavaronun son iş yeri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu olub. O, əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin bir neçə klubunu, eləcə də bu ölkənin yığmasını çalışdırıb. İtaliyada isə “Benevento” və “Udineze”yə rəhbərlik edib.
Qeyd edək ki, Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsində yığmanı 2026-cı il dünya çempionatının final mərhələsinə yüksəldən Timur Kapadzeni əvəzləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]